Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin anım tədbirləri keçirilib

Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin anım tədbirləri keçirilib

08.10.2025 [15:57]

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Mehdiyev Taleh Musa oğlu və  İbrahimov Müşfiq Nəbi oğlunun anım tədbirləri keçirilib.

İlk öncə şəhid Mehdiyev Taleh Musa oğlunun Ramana qəsəbəsi Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Daha sonra Bakıxanov qəsəbəsi Şəhidlər Xiyabanında şəhid İbrahimov Müşfiq Nəbi oğlunun əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

Anım tədbirlərində YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin müavini Ceyhun Abbasov, Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Taleh Mehdiyev 2001-ci il oktyabrın 28-də Bakı şəhərində anadan olub. 2008-ci ildə Sabunçu rayonu, 170 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. 2020-ci il oktyabrın 8-də Tərtər-Ağdərə  istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

İbrahimov Müşfiq 1995-ci il yanvarın 11-də Bakı şəhərində anadan olub.  2001-ci ildə Sabunçu rayonu 69 nömrəli tam orta məktəbdə 1-ci sinifə daxil olub. 2020-ci il oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə”,  “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31