Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19.10.2025 [14:32]

“Konstitusiya və Suverenlik İli”nin qeyd olunması münasibətlə Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiya Universitetinin mərkəzi foyesində “Azərbaycan suveren dövlətçilik yolunda” adlı sərginin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın müasir dövlətçilik tarixi, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin bərqərar olmasında müstəsna xidmətləri, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın xarici siyasəti və hüquq sistemi, həmçinin Azərbaycan-Bolqarıstan münasibətləri barədə kitab və fotoşəkillər təqdim edilib.

Tədbirdə xarici ölkələrin Bolqarıstandakı səfirliklərinin diplomatları, Sofiya Universitetinin professor-müəllim heyəti və tələbələr, diaspor, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska tədbirin təkcə tarixi hesabat deyil, həm də dövlətçilik, hüquq və milli kimliyin əsasları üzərində düşünmək üçün bir fürsət olduğunu, Azərbaycan xalqı üçün suverenlik anlayışının dərin məna daşıdığını və əsrlər boyu müstəqillik, azadlıq və tanınma uğrunda aparılan mübarizənin simvolu olduğunu qeyd edib.

Direktor müasir Azərbaycan dövlətçiliyinin köklərinin 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinə gedib çıxdığını əlavə edərək həmin dövrdə parlamentarizm və vətəndaş hüquqlarının əsaslarının təsbit olunduğunu söyləyib. O, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın öz suverenliyini möhkəmləndirmək yolunda inamla irəlilədiyini və 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın hüquqi və demokratik dövlətin əsasını qoyduğunu bildirib:

“Azərbaycan dövləti dövlətçilik prinsiplərinə sadiqlik və milli dəyərlərə hörmətin qorunması, eyni zamanda, beynəlxalq əməkdaşlıq və dialoqu inkişaf etdirmək baxımından nümunədir. Xüsusilə, bu sahədə Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq xüsusi yer tutur. İki ölkəni dərin tarixi, mədəni və mənəvi əlaqələr birləşdirir. 30 ildən artıq ölkələrarası diplomatik münasibətlərin mövcudluğu və bu gün onların strateji tərəfdaşlıq səviyyəsinə çatmağı bunun nəticəsidir”.

Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Çingiz Qəribli öz çıxışında qeyd edib ki, Prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış 1995-ci il Konstitusiyası Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla, dövlət idarəçiliyi üçün möhkəm hüquqi baza yaradıb, insan və vətəndaş hüquqlarının qorunmasını, müstəqillik və milli suverenlik prinsiplərini təsbit edib.

O, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunduğunu və bu il iki mühüm hadisənin – Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ildönümü və 2020-ci il Qarabağ müharibəsində qələbənin 5-ci ildönümünün qeyd edildiyini bildirib və məhz bu qələbənin Azərbaycanın Prezident İlham Əliyevin peşəkar və qətiyyətli rəhbərliyi altında milli suverenliyinin tam bərpasına imkan verdiyini qeyd edib.

O, “Konstitusiya və Suverenlik İli”nin elan olunmasının həm də gənc nəsli müstəqillik və suverenlik anlayışının ruhunda yetişdirmək, həmçinin dövlətçiliyin hüquqi əsaslarına hörmət hissini aşılamaq baxımından mühüm tərbiyəvi əhəmiyyət daşıdığını ifadə edib.

Tədbir Azərbaycan dilini öyrənən türkologiya ixtisası üzrə təhsil alan tələbə Yoanna Yordanovanın təqdimatında Azərbaycan rəqsi və ziyafətlə başa çatıb.

Ölkəmizin suveren dövlətçiliyinə həsr edilən kitab və fotoşəkil sərgisi Sofiya Universitetində bir həftə davam etməklə, universitetin akademik heyəti və tələbələrinin, o cümlədən qonaqların Azərbaycanın müstəqillik yolu ilə tanış olmasına imkan yaradacaqdır.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Oktyabr 08:40

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31