Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / ICAPP Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçıları Bakıda Heydər Əliyev Mərkəzini və bir sıra tarixi məkanları ziyarət ediblər

ICAPP Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçıları Bakıda Heydər Əliyev Mərkəzini və bir sıra tarixi məkanları ziyarət ediblər

19.10.2025 [13:29]

Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Bakıda “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

İştirakçılar mərkəzdəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən sənədlər, eləcə də eksponatlarla tanış olublar, həmçinin “Azərbaycan inciləri: tarixin axarında” sərgisinə baxış keçiriblər.

Daha sonra qonaqlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksində olublar.

İclas iştirakçıları “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyası adından verilən ziyafətə də qatılıblar.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31