ABŞ və Çin ticarət müharibəsi qlobal iqtisadiyyata necə təsir edir?
18.10.2025 [09:51]
ABŞ və Çin arasında ticarət münasibətlərində gərginliyin yeni dalğası və regional banklardakı problemli kreditlərlə bağlı narahatlıqlar daha çox Amerikanın və dünyanın bir nömrəli tədavül aləti olan dollara təsir göstərməkdədir. Baş verən situasiyalar beynəlxalq birjalarda dollar üzərində təzyiqi bir qədər də artırıb. Oktyabrın 17-də avro və dollar cütlüyü arasında davam edən məzənnə dəyişikliyi bir neçə bənd də yüksələrək bir dolların 1,1715 avro səviyyəsinədək yüksəlməsinə səbəb olub. İngilis funtu isə ABŞ pulu qarşısında yeni dəyər qazanmaqla həftənin əvvəlindəki 1,3389 həddindən 1,3458 həddinə kimi yüksəlib. Dolların zəifləməsi “etibarlı liman” maliyyə aləti adlandırılan qızıla tələbi isə daha da artırıb və dəyərli metal kəskin şəkildə bahalaşmaqdadır. Ötən gün birjalarda qızılın unsiyası 4379 dollar səviyyəsinə qədər yüksələrək mövqeyini bir qədər də möhkəmləndirib. “Bank of America”nın analitikləri 2026-cı il üçün qızıl üzrə proqnozlarını hər unsiyaya görə 5000 dollara qaldırıblar.
Dollar ucuzlaşır, FES-in narahatlığı artır
Mövcud vəziyyət ABŞ-da bank icması tərəfindən narahatlıqlarla qarşılanmaqdadır və ölkənin Mərkəzi Bankı funksiyasını icra edən Federal Ehtiyatlar Sisteminin (FES) İdarə Heyətinin üzvü Stiven Miran bildirib ki, ticarət gərginliyi ABŞ iqtisadiyyatında qeyri-müəyyənliyi artırır və iqtisadi artım üçün riskləri gücləndirir. Qeyd edib ki, əgər pul-kredit siyasəti indiki kimi məhdudlaşdırıcı qalarsa və iqtisadiyyata bu cür şok təsir edərsə, həmin təsirin mənfi nəticələri daha da dərinləşəcək.
S.Miran əlavə edib ki, oktyabrın 28-29-da FES-in iclası keçiriləcək və faiz dərəcəsinin 50 baza bəndi azaldılması təşəbbüsü ilə çıxış edəcək, ancaq o, bunun baş verəcəyini az ehtimal etdiyini də gizlətməyib.
FES-in İdarə Heyətinin digər üzvü Kristofer Voller isə vurğulayıb ki, ABŞ iqtisadiyyatı ilə bağlı qarışıq siqnalları nəzərə alaraq, faiz dərəcəsinin 50 baza bəndi azaldılmasını dəstəkləmək düzgün olmazdı. Çünki son dəfə sentyabrda uçot dərəcələri 25 baza bəndi azaldılıb, son bir ayda nəzərəçarpacaq iqtisadi canlanma hiss edilmir, hətta əmək bazarında zəifləmə əlamətləri görünür. FES-in sədri Cerom Pauellin Filadelfiyada keçirilən Milli Biznes İqtisadiyyatı Assosiasiyasının (NABE) tədbirində çıxışı zamanı verdiyi mesajlar isə biznes icmasında sanki şok yaşadıb. O, əmək bazarındakı vəziyyətin bir qədər pisləşdiyini qeyd edərək biznes fəallığına təsirlərlə bağlı yaxşı proqnozlar verməyib. Buna baxmayaraq, FES rəsmiləri Amerikanın iqtisadi artımının güclü olduğunu etiraf edərək pul-kredit siyasətinin yumşaldıcı dəhlizdə saxlanılmasını vacib sayırlar. Bunlara rəğmən, Mərkəzi Bankın idarəedici strukturları ABŞ-da hökumətin maliyyələşdirmə problemlərinə görə fəaliyyətində dayanmaların olduğunu, “şatdaun”un (durğunluq) davam etdiyini xatırladaraq son dövlətin bank-maliyyə statistikasının dərcinin təxirə salındığını etiraf edirlər. Xeyli müddətdir ki, sənaye sektorunda istehsal həcmi göstəriciləri bazar iştirakçılarına təsdim olunmur ki, bu da səhmdarlar üçün narahatlıqları artırır.
Amerika bankları mənfəətlərini artırmaqda davam edir
ABŞ və Çin arasında ticarət münasibətlərinin dinamikasını xüsusi diqqətlə izləyən investorlar ölkədə ümumi istehlak xərclərinin azalmasını, qiymətlərin isə artmağa davam etdiyini, hətta bəzi rayonlar üzrə resurs xərclərinin daha sürətli artımının qeydə alındığını nəzərə alaraq sərmayə planlaşdırmasında tərəddüdlər yaşadıqlarını bildirilər. Məsələ ondadır ki, dolların ucuzlaşması, səhm və qızılın, blokçeynlərin bahalaşması ABŞ-ın iri banklarının mənfəətlərini artırmaqdadır. Ölkənin ən iri maliyyə qruplarından biri olan “Citigroup Inc.”in səhmləri 3,9 faiz bahalaşıb. Bankın xalis mənfəəti 15,9 faiz, gəlirləri isə 9,3 faiz artaraq proqnozları üstələyib.
“JPMorgan Chase & Co.” İsə xalis mənfəətini 12 faiz artırıb. “Goldman Sachs Group”un xalis mənfəəti 39 faiz artıb. Dünyanın idarə olunan aktivlər həcminə görə ən böyük investisiya şirkəti olan “BlackRock”un səhmləri 3,4 faiz dəyər qazanıb, mənfəət və gəlir göstəriciləri isə bazar gözləntilərindən daha yaxşı nəticə göstərib. Belə ki, şirkət 2025-ci ilin üçüncü rübündə gəlirlərini 25 faiz artırmağa nail olub. Banklar mənfəətlə davam etsə də, Amerikada maliyyə şirkətləri gəlir əldə edə bilməyib, ABŞ valyutasının və fond indekslərinin zəifləməsi onlara mənfi təsir göstərib.
Avrozonada iqtisadi inkişaf indeksi aşağı düşüb
ABŞ-da baş verən iqtisadi proseslər dünya iqtisadiyyatının digər coğrafiyalarını da təsir altına almaqdadır. Bir neçə gün əvvəl açıqlanan məlumatlara əsasən, Avrozonada sənaye sektorunda istehsal həcmi əvvəlki aya nisbətən 1,2 faiz azalıb. Yaponiya da eyni göstərici 1,5 faiz geriləyib. Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin prezidenti Axim Vambax bildirib ki, qlobal qeyri-müəyyənliyin davam etməsi investorların dövlət investisiya proqramının həyata keçirilməsinə dəstək verməsini çətinləşdirir. Oktyabr ayının birinci yarısında Avrozonada metal emalı, əczaçılıq və maşınqayırma sənayelərində vəziyyət yaxşılaşsa da, avtomobil və qida sənayesində göstəricilər pisləşib. Avrozona üzrə İqtisadi İnkişaf Proqnozu İndeksi (İİPİ oktyabrda 3,4 bənd azalaraq 22,7 bəndə enib. Vambaxın fikrincə, maliyyə bazarı ekspertləri cari vəziyyətdəki dinamikanın enəcəyini, yalnız ortamüddətli dövrdə iqtisadi canlanmanın baş verəcəyini proqnozlaşdırırlar.
ELBRUS
Xəbər lenti
Hamısına bax
Siyasət
18 Oktyabr 12:18

Sosial
18 Oktyabr 11:47

Gündəm
18 Oktyabr 11:36

Siyasət
18 Oktyabr 11:35

Gündəm
18 Oktyabr 11:20

MEDİA
18 Oktyabr 10:45

YAP xəbərləri
18 Oktyabr 10:32

Sosial
18 Oktyabr 10:16

İqtisadiyyat
18 Oktyabr 09:51

İqtisadiyyat
18 Oktyabr 09:27

Sosial
18 Oktyabr 08:54
Ədəbiyyat
18 Oktyabr 08:40

Gündəm
18 Oktyabr 01:42

Gündəm
18 Oktyabr 01:30

Gündəm
18 Oktyabr 01:07

Dünya
17 Oktyabr 23:39

Gündəm
17 Oktyabr 23:34

Gündəm
17 Oktyabr 23:22

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:50

YAP xəbərləri
17 Oktyabr 22:32

Dünya
17 Oktyabr 22:13

Dünya
17 Oktyabr 21:45

YAP xəbərləri
17 Oktyabr 21:20

Dünya
17 Oktyabr 21:08

Dünya
17 Oktyabr 20:50

YAP xəbərləri
17 Oktyabr 20:31

Sosial
17 Oktyabr 20:12

Dünya
17 Oktyabr 19:51

Gündəm
17 Oktyabr 19:49

Dünya
17 Oktyabr 19:38

YAP xəbərləri
17 Oktyabr 19:10

Dünya
17 Oktyabr 18:34

YAP xəbərləri
17 Oktyabr 18:09

Xəbər lenti
17 Oktyabr 18:04

YAP xəbərləri
17 Oktyabr 17:50

Dünya
17 Oktyabr 17:30

YAP xəbərləri
17 Oktyabr 17:26

YAP xəbərləri
17 Oktyabr 17:17

YAP xəbərləri
17 Oktyabr 17:04

Maraqlı
17 Oktyabr 16:52

Siyasət
17 Oktyabr 16:32

Dünya
17 Oktyabr 16:19

YAP xəbərləri
17 Oktyabr 16:14

YAP xəbərləri
17 Oktyabr 16:13

Dünya
17 Oktyabr 15:56

Dünya
17 Oktyabr 15:21

Din
17 Oktyabr 15:01

Hərbi
17 Oktyabr 14:51

Gündəm
17 Oktyabr 14:42

YAP xəbərləri
17 Oktyabr 14:26

YAP xəbərləri
17 Oktyabr 14:19

Dünya
17 Oktyabr 14:14

Dünya
17 Oktyabr 13:49

YAP xəbərləri
17 Oktyabr 13:49

Siyasət
17 Oktyabr 13:47

YAP xəbərləri
17 Oktyabr 13:23

YAP xəbərləri
17 Oktyabr 13:21

YAP xəbərləri
17 Oktyabr 13:08

Sosial
17 Oktyabr 13:02

Sosial
17 Oktyabr 12:46

Gündəm
17 Oktyabr 12:25

Analitik
17 Oktyabr 12:19

YAP xəbərləri
17 Oktyabr 12:17

Elanlar
17 Oktyabr 12:13

YAP xəbərləri
17 Oktyabr 12:00

Sosial
17 Oktyabr 11:53

YAP xəbərləri
17 Oktyabr 11:52

Sosial
17 Oktyabr 11:46
