Azərbaycançılıq: milli həmrəyliyi və milli birliyi təmin edən ideologiya
22.10.2025 [09:58]
Azərbaycançılıq tarixən bir çox sınaqlardan keçərək xalqımızın milli kimliyinin formalaşmasında və onun müasir dövrün dinamikasına uyğunlaşmasında mühüm rol oynayıb. Bu milli ideologiya etnik və mədəni, eləcə də dini kimliyin harmoniyasını yaratmaqla yanaşı, həm də Azərbaycanın tarixi, coğrafiyası və müstəqilliyinin davamlılığını təmin etməyə istiqamətlənmiş bir anlayışdır. Azərbaycançılıq ilk növbədə, ölkənin hər bir bölgəsindən, hər bir etnik qrupundan olan insanları bir araya gətirən birləşdirici konsepsiyadır.
Milli ideologiya hər bir dövlətin inkişafının təməl prinsipilərindəndir. O cümlədən, cəmiyyətin vahid konsepsiya, ideoloji xətt ətrafında birləşməsi sabitliyin, inkişafın mühüm şərtlərindən sayılır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ardından xalqı vahid ideologiyanın- azərbaycançılıq ideologiyasının çətiri altında birləşdirilməsi də Azərbaycan cəmiyyətində milli birliyin formalaşdırılmasına, milli dövlətçiliyin qorunmasına, inkişafına xidmət göstərdi. Azərbaycançılıq ideologiyasının təməlində güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi (vətəndaş birliyi və tolerantlıq ideyası) ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini öz güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması və s. ali dəyərlər dayanır. Bu dəyərlər isə ölkədə dövlət, Vətən, xalq amillərinin vəhdətini formalaşdırır.
Xalq-ordu birliyinin kökündə azərbaycançılıq dayanır
Azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizmə, təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Ulu Öndərin azərbaycançılıq ideologiyasının təməlində güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi (vətəndaş birliyi və tolerantlıq ideyası) ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini öz güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması və s. kimi ali dəyərlər dayanır. Təsadüfi deyil k, 2020-ci ilin Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə Azərbaycan gəncliyi öz torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdı. Bu mübarizədə isə azərbaycançılıq ideologiyasının nəticəsi olaraq meydana çıxmış mühüm bir amil ön plana keçdi. Azərbaycan gəncliyi etnik və dini fərqliliyi nəzərə almadan vahid bir amal uğrunda səfərbər oldu.
Müstəqil dövlət kimliyinin formalaşması
Vurğulandığı kimi, azərbaycançılığın təməl prinsipləri Azərbaycan xalqının qədim milli-mənəvi dəyərlərinə əsaslanır. Azərbaycançılıq məfkurəsində əksini tapmış fəlsəfədə, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur. Bu ideologiyanı məhz Ümummilli Lider Heydər Əliyev tam dolğun konsepsiya şəklinə salaraq onu yeni çalarlarla zənginləşdirdi və müasir Azərbaycanın milli ideologiyasına çevirdi. Sovet İttifaqının süqutundan sonra əsas müzakirə mövzularından birinə çevrilən milli kimlik məsələsində bu milli ideologiya ön plana çıxdı - milli dövlətçilik ənənəsinin oturuşmasının əsasında da məhz milli ideologiyamızın möhkəmliyi dayandı.
Azərbaycançılıq və milli qanunvericilik...
Azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə yüksəldilməsini göstərən ən bariz cəhət bu ideologiyanın əsas prinsiplərinin Konstitusiyanın müddəalarında öz əksini tapmasıdır. Azərbaycan Konstitusiyasında ölkəmizdə milli, dini mənsubiyyətindən asılı olmayaraq hər bir kəs qanun qarşısında bərabərhüquqludur. Bu isə hüquqi dövlət prinsipini özünün prioriteti seçmiş Azərbaycanda insan hüquq və azadlıqlarının ən böyük təcəssümlərindən biridir. Müasir dövrümüzdə belə cəmiyyətimizdə mənəvi-psixoloji sabitliyin möhkəmlənməsinin əsas səbəbi dövlətin istər daxili, istərsə də xarici siyasətində azərbaycançılıq prinsiplərinə sadiq qalması gerçəkliyidir. Bu isə Azərbaycanda müasir cəmiyyət quruculuğu prosesinin uğurla həyata keçməsində əsas faktorlardan biri kimi çıxış edir.
Eləcə də, azərbaycançılıq ideologiyası respublikamızda müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin ötən yüzilliklərdə olduğu kimi, qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına zəmin yaradıb. Vahid milli ideologiya insanları cəmiyyətin tamhüquqlu üzvü olaraq özlərini topluma yararlı fərd kimi hiss etməyə, müəyyən məsuliyyət daşımağa və vətəndaşlıq borcunu yerinə yetirməyə ruhlandırır.
Gələcəyimizi formalaşdıracaq yol xəritəsi
Göründüyü kimi, azərbaycançılıq həm də hər bir Azərbaycan vətəndaşının bir araya gələrək, milli gücünü artırdığı, həmrəyliyin təmin olunduğu bir ideyadır. Əminliklə söyləyə bilərik ki, harada olmasından asılı olmayaraq, soydaşlarımız daha böyük həmrəyliyə nail olaraq yüksək milli şüur səviyyəsi nümayiş etdirirlər. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti əziz tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür.
Azərbaycançılıq millətin gələcəyini formalaşdıracaq bir yol xəritəsidir. Bu yol, xalqımızın tarixi irsini, mədəni dəyərlərini, vəhdətini və gücünü qorumağa və yaşatmağa xidmət edir. Hər bir Azərbaycan vətəndaşı bu ideyanın bir parçası olaraq, həm özünə, həm də gələcək nəsillərə örnək olmalıdır. Beləliklə, azərbaycançılıq yalnız ideoloji bir yanaşma deyil, gələcəyin qurulmasına xidmət edən canlı bir həyat tərzidir.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına bax
Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25
YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28

Siyasət
21 Oktyabr 14:18

YAP xəbərləri
21 Oktyabr 14:12

YAP xəbərləri
21 Oktyabr 14:08

Sosial
21 Oktyabr 14:06

YAP xəbərləri
21 Oktyabr 13:51

Gündəm
21 Oktyabr 13:49

Gündəm
21 Oktyabr 13:47

Dünya
21 Oktyabr 13:26

Dünya
21 Oktyabr 12:55

YAP xəbərləri
21 Oktyabr 12:50

YAP xəbərləri
21 Oktyabr 12:36

YAP xəbərləri
21 Oktyabr 12:32

Dünya
21 Oktyabr 12:18

Gündəm
21 Oktyabr 12:15

YAP xəbərləri
21 Oktyabr 12:05

YAP xəbərləri
21 Oktyabr 11:58

YAP xəbərləri
21 Oktyabr 11:50

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:28

Hadisə
21 Oktyabr 11:19

Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33
