Quruculuq və yenidənqurma: azad torpaqlarda davamlı inkişaf konsepsiyası
21.10.2025 [11:50]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Zəngilan qədim tarixi, zəngin təbiəti və coğrafi mövqeyi ilə seçilən ərazilərdən biridir. Rayonun ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər uzanır, şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonları, cənubdan Araz çayı boyunca İran, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazidən Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi dörd mühüm çay axır. Yura və təbaşir dövrlərinə aid vulkanik süxurlar, tikinti daşı, mərmər, əhəng və qızıl yataqları ilə Zəngilan mühüm önəm kəsb edir.
1993-cü ilin payızında zəngilanlılar 67 gün mühasirə şəraitində qəhrəmancasına döyüşərək, torpaqlarını müdafiə etdi. Minlərlə zəngilanlı ailə son ana qədər müqavimət göstərdi. 1993-cü il oktyabrın 29-da Zəngilan erməni silahlı qüvvələri tərəfindən işğal olundu, 235 nəfər şəhid və itkin verildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratmışdır. Şanlı ordumuz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Ordusu tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edilmişdir.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edilmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olunub.
İşğaldan azad olunmuş ərazilərin bərpası Zəngilandan başlanıb. Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi yeni dövrün təntənəsinə çevrilib. Burada 200 müasir ev, məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” xidmətləri, kiçik və orta biznes obyektləri yaradılıb. 2022-ci ilin mayından etibarən 175 ailə (871 nəfər) doğma yurduna qayıdıb. Keçmiş məcburi köçkünlər peşə və ixtisaslarına uyğun işlə təmin ediliblər.
Ağalı kəndi dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq “ağıllı kənd” modelində inşa edilib. Kənddə bərpa olunan enerji mənbələri – Həkəri çayı üzərində Arximed tipli hidroelektrik turbinalar və günəş panelləri quraşdırılıb. Ev və sosial binalar izolyasiyalı materiallarla tikilib, istilik itkisi minimuma endirilib. Ağıllı müşahidə sistemləri, GPON tipli internet, Wi-Fi, Tele-səhiyyə və E-təhsil platformaları vasitəsilə tam rəqəmsal idarəetmə tətbiq olunur.
2023-cü ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” çərçivəsində şəhərin müasir üslubda yenidən qurulması həyata keçirilir. İnfrastruktur layihələri, yaşayış kompleksləri və sosial obyektlər bərpa olunur. Tezliklə şəhərin ilk sakinləri yenidən doğma ocaqlarına dönəcəklər.
Zəngilan coğrafi mövqeyinə görə regionun mühüm nəqliyyat qovşağına çevrilir. 2022-cü ildə istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı regionun hava nəqliyyatı infrastrukturunu gücləndirib. Bu hava limanı həm də Zəngəzur dəhlizinin hava komponentidir. Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun və Zəngilan–Horadiz avtomobil yolunun inşası iqtisadi və logistik baxımdan strateji əhəmiyyət daşıyır. Bu layihələr vasitəsilə Naxçıvana və beynəlxalq nəqliyyat xətlərinə çıxış təmin ediləcək.
Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi bərpa olunub. Belə ki, XIX əsrə aid tarixi məscidin yanında yeni, iki minarəli və üçnefli məscid inşa edilib. İnteryerdə nəqqaşlıq işləri, təbii ağacdan hazırlanmış minbər və şəbəkə elementləri milli memarlıq üslubunun gözəl nümunəsidir.
2024-cü ildə Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verilib. Həkəri çayı sahilində yerləşən bu müasir hotel bölgədə turizmin inkişafı üçün yeni imkanlar açır. “Dost Aqropark” adlı birgə Azərbaycan–Türkiyə layihəsi aqrar sektorun canlanmasına böyük töhfə verir. Burada heyvandarlıq, bitkiçilik, toxumçuluq, qablaşdırma və ət emalı sahələri yaradılıb. Layihə tam başa çatdıqda 500 nəfər işlə təmin olunacaq, regionun məhsulları “Made in Qarabağ” brendi altında dünya bazarına çıxacaq.
Bu gün Zəngilan müasir quruculuq və inkişafı təcəssüm etdirir. Burada həyata keçirilən layihələr bütövlükdə Qarabağın dirçəlişini əks etdirir. Zəngilanın bərpası, yenilənməsi və parlaq gələcəyi müstəqil dövlətimizin qüdrətinin parlaq təzahürüdür.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

