Qara dənizdə təhlükə...
03.12.2025 [09:31]
Dörd ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsinin dağıdıcı təsirləri yalnız bu iki ölkənin sərhədlərini əhatə etmir. Müharibə səngimədikcə ondan təsirlənən coğrafiyalar da genişlənir. Artıq ayrı-ayrı ölkələrin sahillərini yuyan Qara dənizin uzaq nöqtələri də təhlükəsiz hesab olunmur. Proseslərin gedişi, son günlərdə baş verən hadisələr və coğrafi yerləşməsinin strateji önəmi onu deməyə əsas verir ki, Qara dənizdə ciddi təhlükə riskləri var və sututarın perspektivdə yeni geosiyasi savaş meydanına çevrilməsi ehtimalı kifayət qədər böyükdür.
Gəmilərə ardıcıl hücumlar
Müharibə təzə başlayanda Qara dənizdə ticarət gəmilərinə hücumlar əsasən Ukraynaya yaxın sahil sularında qeydə alınırdı. Bu səbəbdən Ukraynadan və Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına ciddi təhdidlər yaranmışdı. Qlobal ərzaq təhlükəsizliyi nəzərə alınmaqla ayrı-ayrı ölkələrin iştirakı və Türkiyənin vasitəçiliyi ilə uzun sürən taxıl sövdələşmələri diplomatiyası hələ də yaddaşlardan çıxmayıb. Məhz gərgin diplomatik səylərin nəticəsi olaraq bir müddət Qara dəniz vasitəsi ilə dünya bazarına taxıl tədarükünü həyata keçirmək mümkün oldu.
Son günlərdə isə çalxalanan Qara dənizdə gəmilərə hücumların yeni dalğası başlayıb. Ötən həftə Türkiyə sahilləri yaxınlığında Qambiya bayrağı altında üzən və Rusiyaya yollanan iki neft tankeri - “Kairos” və “Virat” hücuma məruz qalıb. Üstəlik, “Virat “gəmisi iki dəfə zərbə alıb. Rəsmi məlumatlarda qeyd olunur ki, hər iki gəmi xarici təsirə məruz qalıb.
Hücumlara görə məsuliyyəti Ukraynanın Təhlükəsizlik Xidməti və ölkənin Hərbi Dəniz Qüvvələri öz üzərinə götürüb. Gəmilər uzaq məsafə qət edə bilən pilotsuz dəniz aparatları - “Sea Baby” ilə vurulub. Hücumda ən azı beş belə aparat iştirak edib.
Qeyd edək ki, oktyabr ayında Ukrayna “Sea Baby” qurğularının yeni versiyalarını təqdim edib. Modernləşdirilmiş aparatların uçuş məsafəsi və yükdaşıma qabiliyyəti artırılıb. Daha güclü mühərriklərlə təchiz edilmiş pilotusz katerlərin məsafəsi 1500 kilometrdən çox, yükqaldırma qabiliyyəti isə 2 tonadək artırılıb. Kiyev iki versiyanı nümayiş etdirib: pulemyot qurğusu olan model və “Qrad” yaylım atəşi sisteminə məxsus 10 buraxıcı qurğusu olan model. Bundan əlavə, pilotsuz katerlər kəşfiyyat dronlarını da havaya qaldıra bilir.
Son olaraq isə dekabrın 2-də səhər saatlarında Rusiyanın “Midvolqa 2” gəmisinə pilotsuz uçuş aparatı ilə hücum həyata keçirildiyi barədə məlumatlar yayılıb. Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyindən bildirlib ki, gəminin üst konstruksiyasına cüzi ziyan dəyib, lakin su sızması olmayıb. Sankt-Peterburqun Böyük Limanında qeydiyyatda olan və Rusiya bayrağı altında üzən gəmi Gürcüstana yollanırmış. Hadisə Türkiyə sahillərindən təxminən 80 mil (148 km) məsafədə baş verib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, tankerin göyərtəsində 13 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb və yardım istəməyib. Hücumdan sonra gəmi müstəqil şəkildə Sinop limanına doğru hərəkət edib.
Göründüyü kimi, artıq Qara dənizdə ticarət gəmilərinə hücumlar intensivləşib. Ukrayna Silahlı Qüvvələrinin Rusiya gəmilərinə atəş açmasının məntiqi başadüşüləndir. Oxşar hücumlar zaman-zaman Rusiya tərəfindən də edilir. Bununla Rusiya və Ukrayna bir-birini zəiflətmək, taqətdən salmaq istəyir.
Hazırda isə söhbət həm də Türkiyə sahillərinə yaxın ərazilərdə üzən gəmilərə hücum edilməsindən gedir ki, bu da qəbuledilməzdir. Hər iki tərəf Türkiyə sahillərinə yaxın ərazilərdə gəmilərə atəş açmaqdan çəkinməlidir. Nəzərə almaq lazımdır ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən pozitiv mövqe tutub, tərəfləri dialoqa çağırıb. Xatırlatmaq yerinə düşər ki, indiyədək Ankaranın vasitəçiliyi ilə Türkiyədə Rusiya və Ukrayna arasında üç raund danışıqlar aparılıb və xüsusilə də humanitar sahədə bir sıra razılaşmmalar əldə olunub. Məhz Ankaranın vasitəçiliyi ilə bir neçə dəfə əsirlərin və meyitlərin mübadiləsi həyata keçirilib.
Bütün bunlardan sonra müharibə tərəflərinin Qara dənizdə Türkiyə sahillərinə yaxın ərazilərin atəş altında saxlanılmasına cəhd göstərmələrinin və burada təhlükəsizliyə təhdid yaradılmasının məntiqi başa düşülmür. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan kontr-admiralı Cem Gürdeniz baş verənlərə görə Ankaranın Ukrayna Silahlı Qüvvələrinə cavab verməli olduğunu bildirib. O qeyd edib ki, Türkiyənin taxıl daşımalarının təhlükəsizliyini təmin etmək üçün göstərdiyi səylər fonunda Kiyev və onun müttəfiqlərinin “türk gəmilərini cəzalandırmaq” və Türkiyə şelfində təxribat xarakterli hücumlar təşkil etmək cəhdləri qəbuledilməzdir. Gürdenizin sözlərinə görə, Ankara belə insidentləri görməzdən gələ bilməz, öz maraqları və beynəlxalq hüquqa uyğun şəkildə cavab verməlidir.
Rəsmi Ankara narahatlığını ifadə edir
Türkiyənin rəsmi dairələrinin baş verənlərə sərt münasibəti də özünü çox gözlətməyib. Rəsmi Ankara müxtəlif səviyyələrdə ciddi narahatlığını ifadə edir.
“Rusiya və Ukrayna arasındakı müharibə Qara dənizdə gəmiçiliyə təhlükə yaradacaq səviyyəyə çatıb. Türkiyənin müstəsna iqtisadi zonasındakı ticarət gəmilərinə edilən hücum regionda narahatedici eskalasiyadan xəbər verir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ankara özünün xüsusi dəniz zonasındakı gəmiçiliyə, insanların həyatına və ekoloji vəziyyətə yönəlmiş təhlükələri heç bir halda əsaslandırıla bilən hal kimi qəbul etmir: “Belə hallarda biz müvafiq tərəflərin hamısını xəbərdar edirik”.
Dövlət başçısı əlavə edib ki, Ankara Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılmasına yönəlmiş son həftələrin proseslərini diqqətlə izləyir. “Hər fürsətdə sülh səylərinə töhfə verməyə hazır olduğumuzu bəyan edirik”, - deyə Türkiyə lideri vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara regionda və dünyada baş verən prosesləri tənzimləmək üçün bütün imkanlara malikdir. “Çağırışlara və mənfi proseslərə baxmayaraq, Türkiyə “sabitlik və etimad adası olaraq qalır. Ölkəmiz və xalqımız heç bir təhdid qarşısında geri çəkilməyəcək. Tarix bizim qarşımıza qoyduğumuz məqsədlərə çatma nümunələri ilə doludur”, - deyə qardaş ölkənin dövlət başçısı vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 Fevral 20:54
YAP xəbərləri
09 Fevral 20:34
Dünya
09 Fevral 20:19
İqtisadiyyat
09 Fevral 19:51
Dünya
09 Fevral 19:42
YAP xəbərləri
09 Fevral 19:37
Dünya
09 Fevral 19:15
Sosial
09 Fevral 18:47
YAP xəbərləri
09 Fevral 18:32
Siyasət
09 Fevral 18:13
YAP xəbərləri
09 Fevral 17:25
Elanlar
09 Fevral 17:19
Gündəm
09 Fevral 17:15
Sosial
09 Fevral 17:09
YAP xəbərləri
09 Fevral 17:05
Siyasət
09 Fevral 17:02
Siyasət
09 Fevral 17:00
Sosial
09 Fevral 16:56
İqtisadiyyat
09 Fevral 16:49
Xəbər lenti
09 Fevral 16:48
Siyasət
09 Fevral 16:47
Sosial
09 Fevral 16:44
Xəbər lenti
09 Fevral 16:36
Xəbər lenti
09 Fevral 16:36
Siyasət
09 Fevral 16:31
YAP xəbərləri
09 Fevral 16:18
YAP xəbərləri
09 Fevral 16:17
Sosial
09 Fevral 16:09
Gündəm
09 Fevral 15:53
YAP xəbərləri
09 Fevral 15:19
İdman
09 Fevral 15:11
Siyasət
09 Fevral 14:40
YAP xəbərləri
09 Fevral 14:34
Sosial
09 Fevral 14:33
Analitik
09 Fevral 13:44
Gündəm
09 Fevral 13:43
YAP xəbərləri
09 Fevral 13:21
Siyasət
09 Fevral 12:44
Sosial
09 Fevral 12:27
Mədəniyyət
09 Fevral 12:26
Siyasət
09 Fevral 12:18
Gündəm
09 Fevral 12:14
İqtisadiyyat
09 Fevral 12:14
İqtisadiyyat
09 Fevral 12:13
Hadisə
09 Fevral 12:12
YAP xəbərləri
09 Fevral 11:45
Sosial
09 Fevral 11:43
Dünya
09 Fevral 11:41
Hadisə
09 Fevral 11:29
Dünya
09 Fevral 10:40
YAP xəbərləri
09 Fevral 10:32
Dünya
09 Fevral 10:18
Siyasət
09 Fevral 10:12
Dünya
09 Fevral 09:45
Dünya
09 Fevral 09:23
Sosial
09 Fevral 08:59
Dünya
09 Fevral 08:41
Dünya
08 Fevral 22:40
Siyasət
08 Fevral 22:30
Hadisə
08 Fevral 21:22
Sosial
08 Fevral 20:41
Dünya
08 Fevral 20:38
Dünya
08 Fevral 19:14
Siyasət
08 Fevral 18:11
Dünya
08 Fevral 17:14
Siyasət
08 Fevral 16:39
Sosial
08 Fevral 15:32
Hadisə
08 Fevral 14:26
İdman
08 Fevral 13:21
Dünya
08 Fevral 12:41

