Diplomat, yoxsa dələduz?
04.12.2025 [08:51]
Avropalı diplomat Josep Borrelin adı Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. O, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsində çalışarkən öz məsuliyyətini unudaraq ermənipərəst mövqedən çıxış edir, ölkəmizlə bağlı heç bir əsası olmayan absurd iddialar səsləndirildi. Aradan az vaxt ötəndən sonra isə onun özü sərt ittihamlarla üz-üzə qalıb.
Necə deyərlər, ilahi ədalət öz yerini tapıb. Belə ki, hazırda Josep Borrelin adı dələduzluqda hallandırilir. Bu günlərdə Avropa Komissiyası onun dələduzluq işində iştirakı məsələsini şərh etməkdən imtina edib. Aİ-nin rəsmi nümayəndəsi Anita Hipper Avropa Komissiyasında keçirilən brifinqdə Avropa Xarici Fəaliyyət Xidmətinin ofislərində axtarışların aparıldığını təsdiqləyib. Lakin o, davam edən istintaqa istinad edərək, axtarışların səbəbini və kim tərəfindən aparıldığını açıqlamaqdan imtina edib.
Avropa Prokurorluğunun məlumatı isə daha təfsilatlıdır. Prokurorluq aparılan istintaq tədbirlərini təsdiqləyib və qeyd edib ki, axtarışlar Brüggedəki Avropa Kollecinin bir neçə binasında, Brüsseldəki Avropa Xarici Əlaqələr Xidmətində və şübhəlilərin evlərində aparılıb. Araşdırma 2021-2022-ci illərdə Aİ üzv ölkələrindən gənc diplomatlar üçün təşkil olunan doqquz aylıq təlim proqramı ilə bağlı olunb.
Avropa Prokurorluğu bildirib ki, proqramın həyata keçirilməsi üzrə tender zamanı Maliyyə qaydalarının 169-cu maddəsi - ədalətli rəqabət prinsipi pozulmuş və tenderdə iştirak edən namizədlərdən birinə mövcud satınalmalar barədə məxfi məlumat ötürülmüş ola bilər. Axtarışlardan əvvəl hüquq-mühafizə orqanları bir neçə şübhəlini toxunulmazlıqdan məhrum etməyi tələb edib və bu tələb təmin olunub. İttihamların dövlət müqavilələrinin fırıldaqla bağlanmasını, korrupsiya, maraqların toqquşması və peşə sirrinin pozulması kimi halları əhatə etməsi mümkündür.
Belçikada nəşr olunan “Le Soir” qəzeti araşdırmanı Belçikanın Brügge şəhərinin yerləşdiyi Qərbi Flandriya bölgəsinin istintaq hakimlərinin apardığını qeyd edir. Axtarışları isə Belçika Federal Polisi həyata keçirib.
“Euroactiv” portalı şahidlərə istinadən bildirir ki, çərşənbə axşamı səhər saat 07:30-da Avropa Xarici Əlaqələr Xidmətinin qərargahına təxminən on mülki geyimli əməkdaş daxil olub. Portalın məlumatına görə, araşdırma həmçinin Avropa Kollecinin diplomatların yaşaması üçün Şpanjardstraat küçəsindəki binanı necə əldə etməsi ilə bağlıdır. Belə “yoldaşlıq evinin” mövcudluğu tenderdə iştirak üçün vacib şərt olub.
Avropa Dələduzluqla Mübarizə Bürosu (OLAF) daha əvvəl 2021-2022-ci illərdə, yəni EEAS-a Jozep Borrelin rəhbərlik etdiyi dövrdə Aİ büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi şübhələri ilə bağlı inzibati yoxlamalar aparıb. İstintaq, Avropa Kollecinin EEAS tərəfindən maliyyələşdirilən və Brüggedə yerləşən Avropa diplomatlarının illik təlim proqramı olan Aİ Diplomatik Akademiyasının yerləşdirilməsi və idarə edilməsi üçün tender haqqında məxfi məlumatlara əvvəlcədən çıxış əldə edib-etmədiyini araşdırır.
Xüsusi diqqət müəssisənin maliyyə çətinliklərinə baxmayaraq, Avropa Kollecinin 2022-ci ildə gələcək tələbələrin yaşaması üçün təxminən 3,2 milyon avro dəyərində yaşayış binasını almasına yönəldilib. Eyni tenderin nəticələrinə əsasən, kollec Aİ-dən təxminən 654 min avro maliyyələşdirmə alıb.
Araşdırmalar başlayanadək Avropa Kollecinə rektor Federika Mogerini rəhbərlik edib ki, o da Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş Ali Nümayəndəsidir (2014-2019). Artıq Avropa Xarici Fəaliyyət Xidmətinin Brüsseldəki qərargahında aparılan axtarışlardan sonra Federika Mogerini saxlanılıb. O, da tender saxtakarlığında şübhəli bilinir. Avropa Prokurorluğu qeyd edib ki, bu işdə saxlanılanların sayı cəmi üç nəfərdir. Aİ diplomatik xidmətində korrupsiya araşdırması zamanı həbs edilən növbəti şəxs qurumun keçmiş baş katibi Stefano Sannino olub. Üçüncü şübhəlinin adı açıqlanmır, yalnız bildirilir ki, o, Avropa Kollecinin meneceri, yəni Mogerinin işçisidir.
Josep Borrel kimi diplomatların adlarının dələduzluq, korrupsiya qalmaqallarında hallanması təəccüb doğuran və yaxud sensassiya sayıla biləcək bir xəbər deyil. Belə xəbərlər “qoca qitə”də tez-tez dolaşır. Açıqlanan faktlar onu deməyə əsas verir ki, ayrı-ayrı Avropa qurumlarında müxtəlif hüquqazidd əməllər, o cümlədən də dələduzluq, korrupsiya halları geniş yayılıb. Bütün dünyaya, xüsusilə də Şərq aləminə demokratiya, şəffaflıq və əxlaq dərsi keçmək iddiasında olan qoca qitənin mühüm təsisatlarından olan Avropa Parlamentində bir neçə il əvvəl yaşanan korrupsiya qalmaqalı hələ də yaddaşlardan silinməyib. Həmin hadisələr zamanı Avropa Parlamentinin vitse-prezidenti, yunan əsilli siyasətçi Eva Kaili və daha 3 nəfər Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya faktı üzrə ittiham olunaraq həbsə alınıblar.
Gözləmək olardı ki, Aİ-nin qurumlarının əməkdaşları qeyd olunan qalmaqaldan sonra korrupsiyaya birdəfəlik “yox” deyəcəklər. Ancaq belə görünür ki, Avropa təsisatlarında korrupsiyanın kökləri dərinə işləyib. Əks haldda Aİ yeni korrupsiya qalmaqalı ilə silkələnməzdi. Artıq ilk həbslər baş verib. Bu siyahıda Josep Borrelin adının da yer alıb-almayacağı isə zaman məsələsidir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

