Qiymətləndiricilərin əməkdaşlıq platforması
03.12.2025 [10:35]
Beynəlxalq forumda birgə təcrübələrin öyrənilməsi və mübadiləsi barədə razılıq əldə olunub
Bakıda Azərbaycan Qiymətləndiricilər Palatasının təşəbbüsü ilə Beynəlxalq Qiymətləndirmə Forumu keçirilib. Müxtəlif ölkələrin qiymətləndirmə palatalarının və cəmiyyətlərinin rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə regional əməkdaşlıq imkanları, yeni istiqamətlər üzrə standartlaşdırma çərçivəsi, 2026-2027-ci illər üçün ortaq standart proqramı və digər məsələlər müzakirə olunub. Habelə forumda qiymətləndirmə təşkilatları, biznes icması, iqtisadi assosiasiyalar arasında yeni əməkdaşlıq formatlarının qurulması, əlaqələrin birləşdirilməsi barədə fikir mübadilələri aparılıb. Həmçinin milli qiymətləndirmə standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təkliflər səsləndirilib, bu istiqamətdə koordinasiya və əməkdaşlığın gücləndirilməsi qərara alınıb.
Peşəkar qiymətləndiricilərlə əməkdaşlıq qurulur
Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov bildirib ki, ölkə iqtisadiyyatının inkişafında maliyyə sektorunun əhəmiyyəti mühüm rol oynayır. Həmin sektorun aparıcı seqmenti olan qiymətləndirmə fəaliyyəti maliyyə ilə bağlı məlumatların əlçatanlığı və əhatəliliyi bir çox sahələrdə dəqiq bazar indikatorlarını əldə edilməsinə imkan verir. Daşınar, daşınmaz əmlaklar, qeyri-maddi aktivlər və sair mülki hüquqların qiymətləndirilməsi və digər əməliyyatlarda qiymətləndiricilərin fəaliyyəti birbaşa həqiqi göstəriciləri təyin edir. İqtisadiyyatın bir sıra sahələrində olduğu kimi, qiymətləndirmə fəaliyyətinin əhatə etdiyi sahədə statistik məlumatların əlçatan olması, bu məlumatların online rejimdə bazar indikatorlarına çevrilməsi müxtəlif kommersiya və maliyyə qurumlarına zəruri baza informasiyalarını dəqiqləşdirməyə kömək edir. Bu sahəyə nəzarət edən palata keyfiyyətli qiymətləndirmə xidmətlərinə olan tələbatın ödənilməsi, qiymətləndirmə fəaliyyətində keyfiyyətə nəzarətin dəstəklənməsinə töhfə verir. Eləcə də qiymətləndirmə fəaliyyəti şəffaflığın təmin olunması və beynəlxalq standartlara uyğun müasir sistemin yaradılmasına imkan yaradır. Azərbaycan maliyyənin bütün sahələrində olduğu kimi qiymətləndirmə fəaliyyətində peşəkar qiymətləndiricilər, xarici ölkələrin kadrları ilə əməkdaşlığa önəm verir. Bu baxımdan region ölkələrinin qiymətləndirmə qurumlarının peşəkar mütəxəssisiləri ilə bir araya gəlmək, onların iştirakının təlim və sertifikasiya proqramları təşkil etmək beynəlxalq təcrübələri mənimsəməkdə mühüm körpü rolunu oynayır.
Əmlak bazarında şəffaf qiymətləndirmə
Ankara Universitetinin professoru, beynəlxalq ekspert Harun Tanrıvermiş qeyd edib ki, türk dövlətlərinin qiymətləndirmə fəaliyyəti fərqli olsa da, ümumi yanaşma oxşardır. Belə ki, hər bir ölkənin qiymətləndirici strukturları daşınar əmlak, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, daşınmaz əmlak, o cümlədən torpaq sahələri, mədəni irs nümunələri və təbii sərvətlər, tarix, mədəniyyət və təbiət abidələri, qeyri-maddi əmlak və əqli mülkiyyət və digər istiqamətlər üzrə qiymətləndirmə fəaliyyəti həyata keçirdiyindən həmin sahələrdəki yeniliklər hər biri üçün əhəmiyyət kəsb edir. Bu baxımdan, türk dövlətləri müasir dövrdə maliyyə şəffaflığı və hesabatlılığın xüsusi ön plana çıxdığı çağırışlara uyğun olaraq qarşılıqlı fəaliyyətin birləşdirilməsini daha vacib hesab edir. Bu baxımdan qiymətləndiricilər arasında əməkdaşlıq planları əsas etibarilə qiymətləndirmə sektorunun inkişafında birgə təcrübələrin bölüşdürülməsi, bu sahədə maliyyə hesabatlarının təqdim edilməsinin yeni standartlarının hazırlanması və mübadiləsi, şəffaflıq üzrə yeni tətbiqlərin əlaqələndirilməsi və digər sahələri əhatə etməlidir.
Gürcüstan Qiymətləndiricilər Assosiasiyasının prezidenti, Avropa Biznesin Qiymətləndirilməsi Standartları Komitəsinin və Avropa Daşınmaz Əmlakın Qiymətləndirilməsi Standartları Komitəsinin üzvü Nino Beraiala bildirib ki, regionun qiymətləndirici şirkət və palatalarının bu cür görüşlərin?? keçirilməsi bu sektorun davamlı inkişafına, həmçinin qiymətləndirici təşkilatların qarşılaşdıqları məsələlərin operativ şəkildə həllinə xidmət edir. Onun fikrincə, qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi, peşə standartlarının yüksəldilməsi bazarda şəffaflığın artırılmasında mühüm rol oynayır. Bu cür təşəbbüslər nəticədə ölkə iqtisadiyyatının müxtəlif sektorlarında daha dəqiq, şəffaf və effektiv qiymətləndirmə mexanizmlərinin qurulmasına səbəb olacaq.
Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov vurğulayıb ki, qiymətləndirmə sahəsində əməkdaşlıqlar əmlak və digər maliyyə bazarındakı əməliyyatların və qiymətqoymanın daha şəffaf şəkildə təyin edilməsinə töhfə verir.
Qazaxıstan Milli Qiymətləndirmə Palatasının rəhbəri Mirzabek Amanbayev qeyd edib ki, qiymətləndiricilər arasında faydalı və qarşılıqlı təmasların artırılmasına, koordinasiyalı fəaliyyətin təşkilinə ehtiyac vardır. Peşəkar qiymətləndiricilərin bilik və bacarıqlarının artırılması baxımından bu cür platformalar mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq qiymətləndirmə fəaliyyəti sahəsində birgə təcrübələrin mənimsənilməsi, rəqəmsal həllərin qiymətləndirilməsi sahəsində mübadilələrin qurulmasını təmin edə bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

