Təqaüd sistemində yenilik...
03.12.2025 [10:52]
Hökumətin yeni qaydaları bu sahədə əlçatanlığın artırılmasını təmin edəcək
Nazirlər Kabineti (NK) “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişikliklər edib. Dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək. Qulluq stajına görə, təyin edilən əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əməkhaqqı isə (dövlət məvacibi yenidən hesablanmaqla təmin olunacaq.
Güzəştli şərtlərlə pensiya alan şəxslərin sırası genişlənəcək
Yeni dəyişikliklərin əsas mahiyyəti daha tez pensiyaya çıxanların siyahısında dəqiqləşdirilmələr aparılmaqla, güzəşt hüququna malik şəxslərin bu siyahıya əlavə edilməsini nəzərdə tutur. Belə ki, qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, qələviləşdirmə sahələrində nəzarətçilər əlavə olunmaqla mühəndislər, o cümlədən elektrik mühəndislər ilə yanaşı, metallurqlar güzəştli siyahıya daxil ediliblər. Əvvəlki qanunvericilikdə onlar üçün bu güzəşt imkanları nəzərdə tutulmamışdı və “Əmək pensiyaları” haqqında qanunun müvafiq maddələri onlar üçün güzəşti təsbit etsə də, qaydalardakı nizamsızlıqlar bu imkanların onlara şamil edilməsini əngəlləyirdi.
“Əmək pensiyaları” haqqında qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan siyahıda azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu hüququn reallaşması üçün həmin vətəndaşlarımızın işlədiyi müəssisə üzrə işəgötürən tərəfindən arayışa təqdim edilməsi zəruri hesab edilir. Reallıq isə bundan ibarətdir ki, bir çox hallarda həmin müəssisələrin fəaliyyətini dayandırması səbəbindən arayışların alınmasında çətinliklər meydana çıxır, nəticədə, vətəndaşlar öz pensiya hüquqlarından istifadə etməkdə çətinliklərlə üzləşirdilər. Yeni dəyişikliklər isə bu halları və maneləri tamamilə aradan qaldırmış olur. Belə ki, tələb edilən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğunolma prosedurlarına cavab verməsi kifayət edir. Yəni, NK-nın təsdiqlədiyi sözügedən siyahının tələbləri artıq arayışla bağlı aktı təsdiredici sənəd kimi qanuniləşdirir. Nəticədə, bu hüquqi mexanizm əsasında vətəndaşın müvafiq iş dövrü güzəştli iş stajına daxil edilməklə, onun erkən pensiya hüququ qazanması təsbit olunacaq. Bu proseslərin qanuniləşdirilməsi elektron resursda da öz həllini tapacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) inteqrə olunduğu elektron bazadakı “Əmək və Məşğulluq” altsistemində güzəştli sahəyə aid iş stajının hesablanması bölməsində qeyd edilən güzəşt hüququ əks etdiriləcək.
Bəzi kateqoriyalar üzrə də pensiya məbləğləri artacaq
Bir məqamı da qeyd edək ki, NK-nın bir müddət əvvəl təsdiq etdiyi “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərlə bağlı qərarına əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi prosedurları və qərarlarda göstərilən məlumatların toplanması rəqəmsal platformada təsnifləşdiriləcək. Əmək pensiyalarına dair bütün əməliyyatlar kargüzarlıqdan tamamilə uzaqlaşdırılmaqla, tam rəqəmsal keçidə inteqrasiya olunaraq Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə ediləcək.
Pensiya prosesləri üzrə elektronlaşdırmanın genişlənməsi sayəsində ailədə pensiya alan şəxslərdən birinin qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq digər ailə üzvünə pensiya təyinatını ötürməsi, dəyişdirməsi, habelə təqaüd növünün dəyişdirilməsi, eləcə də pensiyaya çıxmaq istəyənlər üçün zəruri imkanlardan faydalanması da mümkün olacaq. Bu təyinat dəyişiklikləri isə bir çox hallarda əmək pensiyalarının yenidən hesablanması mexanizmi əsasında bəzi kateqoriayalar üzrə ümumi pensiya məbləğlərinin də artırılmasına imkan verəcək.
2026-cı ildə orta aylıq pensiyanın 590 manata çatacağı gözlənilir
Bundan başqa, yeni dəyişikliklərə əsasən, qulluq əlavəsi alan və işləməkdə davam edən şəxslərin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı daha yüksək olarsa, vətəndaşa həmin yüksək məbləğ təyin olunacaq. Bu isə həmin şəxslərin pensiya məbləğində artımları təmin edəcək.
Yeri gəlmişkən, dəyişikliklərdən sonra güzəşt hüququnu əldə edən şəxslərin pensiyalarının indeksasiyası gələn ilin yanvar ayında digər əmək pensiyaçılarında olduğu qaydada indeksasiya edilərək artırılacaq. Onların orta aylıq pensiyası da ölkə üzrə əmək pensiyasının orta məbləğinə uyğun olacaq. 2026-cı ildə orta aylıq pensiyanın məbləğinə gəlincə, hökumətin proqnozlarına görə, bu rəqəm təxminən 590 manata bərabər gözlənilir. Yaşa görə orta aylıq pensiyanın məbləği isə 629 manat həddində fərz edilir.
Beləliklə, əmək qanunvericiliyinə edilən yeni qaydalar daha tez pensiyaya çıxmaqla bağlı proseduraların daha da sadələşdirilməsinə səbəb olmaqla, əlçatanlığın artırılmasını təmin edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36
Sosial
03 Dekabr 08:12
Dünya
02 Dekabr 23:19
İdman
02 Dekabr 22:54
Hərbi
02 Dekabr 22:26
Dünya
02 Dekabr 21:47
Siyasət
02 Dekabr 21:22
İqtisadiyyat
02 Dekabr 20:50
Sosial
02 Dekabr 20:29
Dünya
02 Dekabr 19:45
Dünya
02 Dekabr 19:18
Siyasət
02 Dekabr 18:12
Dünya
02 Dekabr 17:26
Dünya
02 Dekabr 16:35
Elanlar
02 Dekabr 16:26
Dünya
02 Dekabr 15:49
Siyasət
02 Dekabr 15:46
Siyasət
02 Dekabr 15:43

