Zayed İnsan Qardaşlığı Mükafatı – İlham Əliyevin sülh lideri kimi tanınmasının təsdiqi
09.02.2026 [11:28]
04 fevral 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi tarixi nitq sadəcə təşəkkür çıxışı deyildi. Bu nitq müasir dövrdə dünyanın sülhə ciddi ehtiyac duyduğu bir zamanda sülhün əldə edilməsi və qorunmasının Azərbaycan modelini beynəlxalq ictimaiyyətə çatdıran mühüm mesaj idi.
Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq əldə olunan sülhün təkcə region üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyət daşıdığı xüsusi vurğulandı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Ermənistan 30 ilə yaxın müddətdə müharibə vəziyyətində olub. Lakin bu gün tərəflər arasında sülh əldə edilib və artıq regionda sülh şəraitində yaşanır.
Bu çıxışın ən mühüm məqamlarından biri sülhün yalnız kağız üzərində qalmaması, real nəticələrə çevrilməsidir. Qeyd olundu ki, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələr bərpa edilir, Ermənistanın yük daşımaları ilə bağlı mövcud məhdudiyyətlər aradan qaldırılıb, Azərbaycandan Ermənistana neft və neft məhsullarının göndərilməsinə başlanılıb.
Cənab Prezident eyni zamanda 2025-ci il avqustun 8-də ABŞ-da keçirilən görüşlərin tarixi əhəmiyyətini vurğulayaraq bildirdi ki, sülh müqaviləsinin əldə olunması tərəflərin iradəsi və onlara dəstək verən dost ölkələrin səyləri nəticəsində mümkün olub.
Prezident İlham Əliyevin bu nüfuzlu beynəlxalq mükafata layiq görülməsi Azərbaycanda tolerantlığın, multikulturalizmin və xalqlar arasında dialoqun yüksək səviyyədə inkişaf etdirilməsinin bariz göstəricisidir. Azərbaycan dövlətinin apardığı sülhsevər xarici siyasət dünyada ədalətin möhkəmlənməsinə, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verir.
Cənab Prezident bu tarixi çıxışında bütün dünyaya münaqişələrin yalnız sülh yolu ilə həll olunmasının vacibliyi mesajını verdi və eyni zamanda bu sülhün necə əldə edilməsinin konkret mexanizmlərini nümayiş etdirdi.
Əbu-Dabidə keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı dünya mediasında geniş rezonans doğurmuş, bir çox ölkə liderləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Bu gün Azərbaycan dövləti dünyada sülhün və əmin-amanlığın qorunmasında mühüm rol oynayır, müxtəlif dinlərə və mədəniyyətlərə mənsub xalqlara yüksək ehtiram nümayiş etdirir. “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmaq Prezident İlham Əliyevin sülhə və insan qardaşlığına verdiyi töhfələrin beynəlxalq səviyyədə tanınması deməkdir.
Bu, Azərbaycan dövlətinin və xalqının daim sülh və əmin-amanlıq şəraitində yaşamaq arzusunun ən parlaq ifadəsidir.
Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

