Kiçik əllər, böyük gələcək...
23.04.2026 [08:50]
23 aprel suverenliyin və ümidin simvoludur
23 aprel tarixi Türkiyədə yalnız bir bayram deyil, eyni zamanda gələcəyin qurucuları olan uşaqlara verilən dəyərin, sevginin və ümidin ən parlaq simvollarından biri kimi qeyd olunur. Bu xüsusi günün əsası Mustafa Kamal Atatürkün uşaqlara hədiyyə etdiyi bir bayram olaraq tarixə düşməsi ilə daha da mənalı xarakter alır. Bayramın ən təsirli tərəfi ondan ibarətdir ki, uşaqlar sadəcə təbrik edilmir, onlar eyni zamanda dövlətin və cəmiyyətin mərkəzinə yerləşdirilərək simvolik şəkildə idarəçilik rollarını üzərinə götürür, məktəblərdə, tədbirlərdə və rəsmi mərasimlərdə söz sahibi olurlar. Bununla da gələcəyin məsuliyyətini daşımağa hazır olduqları mesajını verirlər.
Türkiyə xalqı öz suverenliyini ölkəni ələ keçirmək istəyən düşmənlərə və onlarla əməkdaşlıq edənlərə qarşı mübarizə apararaq əldə etmişdi. 1920-ci il aprelin 23-ü, eyni zamanda, türk millətinin iradəsini təmsil edən Birinci Böyük Millət Məclisinin qurulması və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Həmin gün Türkiyədə Milli suverenlik və Uşaq Bayramı günü kimi qeyd olunur.
Uşaqların göstərişləri yerinə yetirilir
Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 1924-cü il aprelin 23-də bayramın qeyd edilməsi barədə qərar verib. 1927-ci ildən isə bu tarix həm də Uşaqlar Günü kimi qeyd olunur.
“Bu günün balacaları sabahın böyükləridir”, - deyən Atatürk bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. Bu çərçivədə keçirilən 23 aprel tədbirlərində Türkiyədə uşaqlar nitq söyləyir, şeirlər oxuyur. Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir. Azyaşlıların bu vəzifədə verdiyi göstərişlərə də riayət olunur.
23 Apreldə bayram Türkiyə Respublikası dövlət adamlarının, Anıtkabir də daxil olmaqla, müxtəlif Atatürk abidələri yanında rəsmi mərasimlərlə başlayır, stadionlarda ibtidai təhsil şagirdlərinin hazırladığı nümayişlərin sərgilənməsi və rəsmi keçidlərlə davam edir. Rəsmi tədbirlərdən sonra müxtəlif növ yarışmalar keçirilir. Müxtəlif qeyri-hökumət təşkilatları və ya qurumlar tərəfindən təşkil edilən tədbirlərə yer verilir.
50-dən çox ölkənin uşaqları qatılır!
Türkiyə 23 Apreli bütün dünya uşaqlarının qeyd etdiyi bir bayram halına gətirməyi məqsəd qoymuşdu. Birinci dəfə yalnız SSRİ, İraq, İtaliya, Rumıniya və Bolqarıstanın iştirak etdiyi şənliyə hazırda təxminən 50-dən çox ölkənin uşaqları qatılır. Bayram tədbirləri 1979-cu ildən 2000-ci ilə qədər Türkiyənin paytaxtı Ankarada təşkil edilib, daha sonra ölkənin başqa şəhərlərində də həyata keçirilir.
Müstəqilliyinin sarsılmaz ifadəsi olaraq türk millətinin qəlbində ən mühüm yer tutan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı hər il ölkəmizdə və xaricdəki nümayəndəliklərimizdə, bütün qurumlarımızda müxtəlif tədbirlərlə qeyd edilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04

