Yeni su layihələri aqrar sektorun inkişafına güclü təkan verəcək
30.06.2026 [11:45]
Azərbaycan yeni strateji mərhələdə geniş potensiala malik aqrar sektorda davamlı inkişafı təmin etməyi və məhsuldarlığı artırmağı hədəfləyib. Bir qədər bundan əvvəl təsdiqlənəın “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ölkədə dayanıqlı və yüksək dəyər yaradan aqrar sektorun formalaşdırılmasını nəzərdə tutur. Dövlət Proqramının fəlsəfəsinə əsasən məqsəd yalnız əkin sahələrinin genişləndirilməsi deyil, mövcud torpaq ehtiyatlarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox və daha keyfiyyətli məhsul əldə edilməsidir.
Bütövlükdə proqram 5 məqsədi, 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Son nəticədə qarşıya qoyulan məqsədlərə çatılması ölkədə regional inkişafın təmin edilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yeni ixrac imkanları yaradılmasına, ən əsası isə indiki qlobal çağırırşlar fonunda aktuallığı heç vaxt olmadığı qədər artan və milli təhlükəsizliyin mühüm tərkib hissəsinə çevrilən özünütəminat səviyyəsinin yüksəldilməsinə mühüm töhfə olacaq.
Məhdud su ehtiyatlarından daha səmərəli istifadə olunmalıdır
Aqrar sektorda yüksək məhsuldarlığın təmin edilməsi bir sıra şərtlərdən asılıdır ki, burada su təminatı ən mühüm amillərdən biridir. Məsələnin aktuallığı həm də onunla bağlıdır ki, Azərbaycan məhdud su ehtiyatlarına malik ölkələr sırasında yer alır. Respublika üzrə yerüstü su ehtiyatlarının təqribən 75 faizi qonşu ölkələrdən daxilolmaların hesabına formalaşır. Qonşu ölkələrdən, xüsusilə də Ermənistan ərazisindən daxil olan suların mütəmadi olaraq çirkləndirilməsi də çox ciddi problemdir. Eyni zamanda, qlobal iqlim dəyişmələri də çaylarda sululuğun həcminin əhəmiyyətli dərəcədə dıyişməsinə öz təsirini göstərir.
Digər bir vacib faktor isə Azərbaycanın davamlı inkişafı ilə bağlıdır. 2004-cü ildən başlayaraq Azərbaycanda ardıcıl olaraq regional inkişaf proqramları qəbul edilib. Həmin proqramların icrası çərçivəsində bölgələrimiz də iqtisadi güc mərkəzlərinə çevrilib, regionlarda iri təsərrüfatlar yaradılıb və beləliklə də, suvarma və içməli su təchizatı üzrə şəbəkələr genişləndirilib. Bütün bunların nəticəsi olaraq suya tələbat artıb. Bu kimi reallıqlar nəzərə alınmaqla son 22 ildə ölkəmizdə genişmiqyaslı su layihələrinin icrasının prioritetliyi təmin edilib. Dövlət investisiya qoyuluşu hesabına həyata keçirilən belə layihələrin statistikası kifayət qədər zəngindir. Bəhs olunan dövrdə “Taxtakörpü”, “Şəmkirçay”, “Tovuzçay”, “Göytəpə”, Naxçıvanda “Heydər Əliyev”, “Vayxır” su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası, Samur-Abşeron su kəmərinin yenidən qurulması və əksər şəhər və rayon mərkəzlərinin içməli su və kanalizasiya xidmətləri ilə təchiz edilməsi respublikamızın su təhlükəsizliyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.
Salyan-Şirvan iqtisadi rayonunda su infrastrukturu yenilənir
Ötən dövrdə görülən işlərin davamı olaraq hazırda da ölkə üzrə aqrar sektorun etibarlı su təminatı üçün sistemli tədbirlər həyata keçirilir. “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov bu barədə məlumat verərək bildirib ki, təmsil etdiyi qurum tərəfindən Su Ehtiyatlarından Səmərəli İstifadəyə dair Milli Strategiya, ölkənin 2022-2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyası, “Böyük Qayıdış” proqramı və yenicə təsdiqlənmiş 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində respublika miqyasında sistemli tədbirlər həyata keçirilir. “Fəaliyyətimizin əsas məqsədi suvarma infrastrukturunun yenidən qurulması, su itkilərinin minimuma endirilməsi və fermerlərin etibarlı su təminatı ilə təmin olunmasıdır. Yeni Dövlət Proqramının əsas xəttini ekstensiv yanaşmadan yüksək əlavə dəyər yaradan intensiv üsullara keçid təşkil edir. Su resurslarının səmərəli idarə olunması təkcə ekoloji məsələ deyil, həm də milli təhlükəsizlik və ərzaq müstəqilliyi baxımından strateji prioritetdir”, - deyə X.Məmmədov vurğulayıb.
Qeyd edək ki, Şirvan-Salyan iqtisadi rayonu ölkənin aqrar istehsal sistemində mühüm mövqeyə malikdir. Əhalinin sıx məskunlaşdığı bu ərazi pambıqçılıq, taxılçılıq, bostançılıq, heyvandarlıq, quşçuluq və balıqçılıq sahələri üzrə ölkənin əsas istehsal mərkəzləri sırasında yer alır. Bu potensialın tam reallaşması isə birbaşa etibarlı və davamlı su təminatından asılıdır. Lakin son illər iqlim dəyişikliklərinin təsiri nəticəsində orta illik temperaturun yüksəlməsi, quraqlıq dövrlərinin uzanması, yağıntıların qeyri-bərabər paylanması və su ehtiyatlarına artan təzyiq bu sahədə yeni çağırışlar formalaşdırıb. Buna görə də bütün ölkə üzrə olduğu kimi, Şirvan-Salyan iqtisadi rayonunda da su təminatının yaxşılaşdırılmasına xidmət edən yeni layihələr reallaşdırılır.
Verilən məlumatlara görə, bəhs olunan iqtisadi rayonda fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu ümumilikdə 4 700 kilometrə yaxın suvarma şəbəkəsini, 4 892 hidrotexniki qurğunu, 5 subartezian quyusunu və 202 nasos stansiyasını əhatə edir. Cari ildə region üzrə təxminən 46 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunub.
Su kanallarında görülən işlər nəticəsində dövriyyəyə yeni torpaqlar cəlb olunacaq
Infrastrukturun dayanıqlılığının artırılması məqsədilə reallaşdırılan layihələrin bir qismi daşıyıcı su kanallarını əhatə edir. Məsələn, müşavirədə bildirildiyi kimi, Şirvan Suvarma Kanalı 105,9 min hektar yeni torpaq sahəsini dövriyyəyə cəlb edəcək. X.Məmmədovun sözlərinə görə, kanalın tikintisi çərçivəsində uzunluğu 204,3 kilometr, suötürmə qabiliyyəti saniyədə 180 kubmetr yeni magistral suvarma infrastrukturu istifadəyə veriləcək. “Layihənin icrası nəticəsində Hacıqabul rayonu da daxil olmaqla 9 rayonda 112,3 min hektar mövcud əkin sahəsinin su təminatı yaxşılaşacaq. Bununla yanaşı, 105,9 min hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə cəlb ediləcək. Beləliklə, ümumilikdə 228 min hektardan artıq ərazi layihədən faydalanacaq. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bu təşəbbüs Şirvan zonasının sosial-iqtisadi inkişafına, kənd təsərrüfatı istehsalının genişlənməsinə və regionun su təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcək”, - deyə sədr müavini vurğulayıb.
Eyni zamanda, Qarabağ Suvarma Kanalının yenidən qurulması da regionda su təminatını gücləndirəcək. Belə ki, layihənin icrası nəticəsində uzunluğu 172,4 kilometr, suburaxma qabiliyyəti saniyədə 135 kubmetr olan bu su təsərrüfatı infrastrukturu Qarabağ və ətraf rayonların su təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Kanal eyni zamanda Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağının əlavə su ilə qidalanmasına şərait yaradacaq. Nəticədə, Mərkəzi Aran və Şirvan-Salyan iqtisadi rayonlarında əkin sahələrinin su təminatı güclənəcək, kənd təsərrüfatı istehsalının dayanıqlığı və məhsuldarlığı artacaq.
Bundan başqa, X.Məmmədovun sözlərinə görə, Bərgüşadçay Su Anbarının tikintisi də region üçün strateji əhəmiyyət daşıyan iri infrastruktur layihələrindən biridir. Fikirlərinə davam edən sədr müavini vurğulayıb: “Yeni yaradılacaq su mənbəyi Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəlilabad və Masallı rayonlarının dayanıqlı su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”.
Mil-Muğan regionunda yeni suvarma layihələri icra olunacaq
“Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həmçinin Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirə keçirilib. Tədbirdə bu iqrisadi rayon üzrə həyata keçirləcək su layihələri barədə məlumat verilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev müşavirədə bildirib ki, region üzrə su təminatının yaxşılaşdırılması məqsədilə müvafiq olaraq Sabir, Baş Muğan və Köhnə Xanqızı kanallarının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb, ekspertiza rəyləri alınıb və tender prosesləri həyata keçirilərək tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur. “Eyni zamanda Rəsularx kanalının yenidənqurulması üzrə hazırlıq işləri başa çatdırılıb və növbəti ildə layihənin icrasına başlanılması planlaşdırılır. Həmçinin Aşağı Muğan kanalının yenidənqurulması işlərinə başlanılıb”, - deyə qurum rəsmisi vurğulayıb.
Z.Quliyev əlavə edib ki, Azərbaycanda müasir suvarma sistemləri hələ də əkin sahələrinin cəmi 10 faizini əhatə edir. Bu, aşağı göstəricidir. Qarşıya qoyulan məqsəd isə innovativ suvarma infrastrukturu ilə əhatə olunan əkin sahələrini artırmaqdır. Onun sözlərinə görə, 2025-ci ildə istismar tədbirləri hesabına su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq kanal beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib, 2 813 metr daş-beton bənd və 204 subartezian quyusu təmir olunub.
Aqrar sektorda rəqəmsal monitorinq və su uçotu genişləndiriləcək
Su ehtiyatlarından səmərəli istifadə olunmasında müasir suvarma texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Damcılı, yağışyağdırma və pivot suvarma sistemləri ənənəvi suvarma üsulları ilə müqayisədə su sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır, məhsuldarlığı artırır və istehsal gəlirlərinin optimallaşdırılmasına imkan yaradır. Yeni Dövlət Proqramında da bu istiqamət prioritet sahə kimi müəyyən edilib. Proqram çərçivəsində müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su istifadəçilərinin maarifləndirilməsi, rəqəmsal monitorinq sistemlərinin qurulması və su uçotunun təkmilləşdirilməsi nəzərdə tutulur.
Verilən məlumatlara görə, hazırda Mil-Muğan bölgəsində 77,5 min istehsalçı suvarma suyu ilə təmin olunur. Agentliyin xidmət göstərdiyi ərazilərdə Beyləqan rayonunda 51 min 356 hektar, İmişli rayonunda 58 714 hektar, Saatlı rayonunda 59 124 hektar və Sabirabad rayonunda 71 240 hektar suvarılan sahə mövcuddur. Bu sahələrin su təminatının həyata keçirilməsi məqsədilə ümumilikdə 6 704 km suvarma şəbəkəsi, 213 nasos stansiyası, 100-dən artıq subartezian quyusu, 19 500 hidrotexniki qurğu və digər infrastruktur obyektləri istismar olunur. Ötən il həmin ərazilərin suvarma suyu ilə təmin edilməsi üçün mənbələrdən 2 milyard 26 milyon kubmetr su götürülüb, bunun 1 milyard 427 milyon kubmetri təsərrüfatlara verilib. Bu rayonlar üzrə təxminən 77,5 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

