Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiyada miqrantlara nəzarət gücləndirilir

Rusiyada miqrantlara nəzarət gücləndirilir

29.06.2026 [23:17]

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşlara nəzarəti gücləndirməyə yönəlmiş bir sıra qanunvericilik düzəlişlərinin qüvvəyə mindiyini elan edib.

AZƏRTAC xəbər verir ki, 10 iyun tarixindən etibarən məcburi tibbi müayinələrdən yayınan xarici vətəndaşlar üçün inzibati cəzalar tətbiq edilib.

Bundan əlavə, 21 iyun tarixindən etibarən başqaları üçün təhlükə yaradan xəstəliklərin olmadığını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırılması və dövriyyəsinə görə cinayət məsuliyyətinin artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib.

V. Volodin, həmçinin xarici vətəndaşlar üçün dövlət rüsumlarının əhəmiyyətli dərəcədə artırıldığını açıqlayıb. Xüsusilə, Rusiya vətəndaşlığının alınması üçün rüsum on iki dəfə, 4200-dən 50 min rubla qədər artacaq. Müvəqqəti yaşayış icazəsinin alınmasının dəyəri səkkiz dəfə - 1920-rubldan 15 min rubla qədər, daimi yaşayış hüququ verilməsinin dəyəri isə beş dəfə - 6 min rubldan 30 min rubla qədər artacaq.

Paylaş:
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31