Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Drujba” kəməri ilə Slovakiyaya neft tədarükü bərpa olunub

“Drujba” kəməri ilə Slovakiyaya neft tədarükü bərpa olunub

23.04.2026 [19:40]

Üçaylıq fasilədən sonra “Drujba” kəməri ilə Slovakiyaya neft tədarükü bərpa olunub.

AZƏRTAC xəbər verir ki, CTK agentliyi bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakovaya istinadla məlumat yayıb.

Məlumata görə, xam neft ölkəyə cümə axşamı yerli vaxtla saat 02:00-dan etibarən daxil olmağa başlayıb.

Xatırladaq ki, Ukrayna yanvarın 27-də “Drujba” kəməri ilə Macarıstan və Slovakiyaya neft nəqlini dayandırıb. Nəticədə Slovakiyanın Baş naziri Robert Fitso boru kəməri bərpa olunanadək Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını bloklayacağını bildirib.

Paylaş:
Baxılıb: 327 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31