ABŞ-İran danışıqları dalana dirənib
23.04.2026 [09:58]
Dünya böyük dərəcədə təsirləndiyi ABŞ-İran müharibəsinin hansı sonluqla bitəcəyinin fərqindədir. Beynəlxalq birlik ABŞ-la İran arasında aprelin 8-nə keçən gecə ikihəftəlik atəşkəs barədə razılığa gəlinməsindən sonra müharibənin aktiv fazadan danışıqlar mərhələsinə keçəcəyinə ümidlənmişdi. Lakin sonrakı proseslərdən, tərəflərin davranışlarından və ritorikasından o qənaət hasil olur ki, ABŞ-İran danışıqları dalana dirənib.
Danışıqların ikinci raundu da baş tutmadı - Vaşinqtonun əsas şərti
Fevralın 28-dən başlayan ABŞ-İran- İsrail müharibəsi də mahiyyət etibarı ilə uzanan müharibələr sırasına daxil olmaqdadır. Bunu atəşkəs şəraitində konstruktiv danışıqların baş tutmaması da təsdiqləyir. Məlum olduğu kimi, atəşkəsdən bir neçə gün sonra - aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların ilk raundu keçirildi. Lakin təxminən 21 saat davam edən danışıqlar tərəflərin mövqelərindəki kəskin fərqlərə görə nəticəsiz başa çatdı.
Bununla belə, İslamabad vasitəçilik səylərindən geri çəkilməyəcəyini bəyan etdi və tərəfləri növbəti dəfə danışıqlar masasında bir araya gətirmək üçün hərəkətə keçdi. Pakistan Ordusunun baş komandanı Asim Munir İran və ABŞ arasında yeni danışıqlar raunduna hazırlıq fonunda Tehrana səfər edib. “Tasnim” agentliyinin məlumatna görə, Munirin səfəri Vaşinqtonun mövqeyini Tehrana çatdırmaq və İran-ABŞ danışıqlarının ikinci raunduna hazırlıq məqsədi daşıyıb. Pakistan rəhbərliyi həmçinin İran-ABŞ-İsrail müharibəsində danışıqların davam etdirlməsinə və yeni atəşkəsə nail olunması məsələsinin müzakirələrini region dövlətləri ilə aparıb. Eyni zamanda, qardaş Türkiyə də atəşkəsin uzadılmasına və danışıqların davam etdirilməsinə tərəfdar olduğunu bildirrib.
Bu mənzərə fonunda tərəflərdən gələn açıqlamalar da İslamabadda danışıqların yeni raundunun keçiriləcəyinə müəyyən ümidlər yaratmışdı. İkinci raund danişıqlar üçün 22 aprel tarixi müəyyənləşdirilmişdi.
Ancaq iflasa uğrayan birinci raund danışıqlardan sonra 22 aprel görüşü də baş tutmadı. Vaşinqtondan verilən məlumata görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İranla danışıqlar üçün İslamabada səfəri qeyri-müəyyən müddətə təxirə salınıb, çünki Vaşinqton öz danışıqlar mövqeyinə Tehrandan cavab almayıb. Qeyd olunub ki, Vensin səfəri ləğv edilməyib, danışıqlar “istənilən an” bərpa oluna bilər.
Bəs Ağ Ev Tehran qarşısında hansı şərtləri qoyur? Əvvəlki mərhələdə Vaşinqtonun 15 bəndlik şərtlərindən söhbət gedirdi. Hazırda isə ABŞ üçün “qırmızı xətt “ İranın nüvə proqramı ilə bağlıdır. D.Tramp bir neçə dəfə bəyan edib ki, İran nüvə silahına malik ola bilməz və saflaşdırılmış uran bu ölkədən çıxarılmalıdır.
Tehran danışıqların qarşılıqlı hörmət əsasında aparılmasını istəyir
Təbii ki, İran danışıqların birtərəfli qaydada, Vaşinqtonun diqtəsi ilə aparılmasını qəbul etmir. Bunu İran rəsmilərindən gələn açıqlaçmalar da təsdiqləyir. Rəsmi Tehran atom silahı əldə etmək niyyətinin olmadığını nəzərə çatdırmaqla yanaşı, nüvə proqramının dinc məqsədlərlə davam etdirilməsinin onun müstəsna hüququ olduğunu vurğulayır.
“İran ABŞ ilə danışıqlara hazırdır, lakin bu danışıqlar hüquqi normalar çərçivəsində aparılmalıdır”. Bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.
İran Prezidenti fikirlərinin davamı olaraq Teleqram kanalında belə yazıb: “İran İslam Respublikası diplomatiyanı mübahisələrin həlli üçün ən üstün yol hesab edir və milli ləyaqətini və nüfuzunu qoruyub saxlayaraq, hüquqi normalar çərçivəsində danışıqlara hazır olduğunu bəyan edir”.
Bundan əvvəl isə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai Tehranın İslamabadda ABŞ ilə danışıqlarda iştirakı ilə bağlı şübhələrinin qətiyyətsizliklə əlaqədar olmadığını, bunun Vaşinqton administrasiyasının ziddiyyətli siqnalları və hərəkətlərindən irəli gəldiyini açıqlayıb.
Hörmüz boğazının blokadası əsas maneələrdən biri kimi
Danışıqların ikinci raundunun baş tutmamasının əsas səbəblərindən biri kimi həm də Hörmüz boğazının blokadaya alınması göstərilir. Məlumdur ki, aprelin 14-dən D.Trampın qərarı əsasında Hörmüz boğazı və İran limanları tam blokadaya alınıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, blokadaya çox sayda döyüş təyyarəsi tərəfindən dəstəklənən 10 hərbi gəmi və 10 mindən çox şəxsi heyət cəlb olunub.
“İranın ABŞ ilə danışıqların ikinci raundunda iştirak etməməsinə dəniz blokadası, gəmilərə hücumlar və Amerikanın təhdidləri səbəb olub”. Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədəh Hüseyn Maliki deyib.
O bildirib ki, xarici işlər naziri Abbas Əraqçinin Hörmüz boğazının ticarət gəmiləri üçün açıq olacağını bəyan etməsinə baxmayaraq, ABŞ-ın davam edən dəniz blokadası İranın danışıqlarda iştirakına mane olub.
Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi dəniz blokadası beynəlxalq aləmdə də narazılıqla qarşılanıb. Xüsusilə Vaşinqtonun dünya ticarətinə sarsıdıcı təsir göstərən bu addımı Çin, Hindistan və Avropa ölkələrində kəskin etiraz dalğasına səbəb olub.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

