31 Mart - Yaddaşlardan silinməyən qanlı tarix
30.03.2026 [09:18]
28 mart 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən “Zəlimxan kənd”, “Aşağı Kəsəmən kənd”, “Poylu kənd” və “Xətai kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 31 Mart Soyqırımının 108-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir başlamazdan əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov bildirib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu gün isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün və vandalizminin nəticələrinin aradan qaldırılması, erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
Tədbirdə çıxış edən digər natiqlər – “Zəlimxan kənd” Ərazi Partiya Təşkilatının sədri Şirin Həsənov, partiya fəalı Ziyad Abbasov və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd ediblər ki, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
Xəbər lenti
Hamısına baxDünya
31 Mart 19:51
Dünya
31 Mart 19:15
Dünya
31 Mart 18:57
YAP xəbərləri
31 Mart 18:41
YAP xəbərləri
31 Mart 18:35
Sosial
31 Mart 18:24
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:22
Dünya
31 Mart 18:15
Dünya
31 Mart 18:06
Mədəniyyət
31 Mart 18:05
İdman
31 Mart 18:03
YAP xəbərləri
31 Mart 18:01
YAP xəbərləri
31 Mart 17:49
YAP xəbərləri
31 Mart 17:25
Dünya
31 Mart 17:23
YAP xəbərləri
31 Mart 17:01
Dünya
31 Mart 16:42
YAP xəbərləri
31 Mart 16:41
YAP xəbərləri
31 Mart 16:39
YAP xəbərləri
31 Mart 16:39
Elanlar
31 Mart 16:32
Dünya
31 Mart 16:12
Siyasət
31 Mart 16:12
YAP xəbərləri
31 Mart 16:05
YAP xəbərləri
31 Mart 16:00
Sosial
31 Mart 15:13
Dünya
31 Mart 15:11
Sosial
31 Mart 14:49
YAP xəbərləri
31 Mart 14:24
Sosial
31 Mart 14:16
İqtisadiyyat
31 Mart 14:08
İqtisadiyyat
31 Mart 14:07
YAP xəbərləri
31 Mart 14:04
YAP xəbərləri
31 Mart 13:46
Gündəm
31 Mart 13:31
Gündəm
31 Mart 13:20
Gündəm
31 Mart 13:12
Gündəm
31 Mart 13:09
Xəbər lenti
31 Mart 12:33
Sosial
31 Mart 12:32
İdman
31 Mart 12:32
İqtisadiyyat
31 Mart 12:31
İqtisadiyyat
31 Mart 12:31
YAP xəbərləri
31 Mart 12:25
Hadisə
31 Mart 12:22
YAP xəbərləri
31 Mart 12:20
YAP xəbərləri
31 Mart 12:00
Dünya
31 Mart 11:46
Dünya
31 Mart 11:19
Dünya
31 Mart 10:56
Sosial
31 Mart 10:52
Dünya
31 Mart 10:21
YAP xəbərləri
31 Mart 10:17
YAP xəbərləri
31 Mart 10:06
Dünya
31 Mart 09:42
Siyasət
31 Mart 09:31
Dünya
31 Mart 09:17
Gündəm
31 Mart 09:16
Dünya
31 Mart 08:50
Gündəm
31 Mart 08:34
Gündəm
31 Mart 08:33
Dünya
31 Mart 08:29
Dünya
30 Mart 23:15
Siyasət
30 Mart 23:05
Dünya
30 Mart 22:27
YAP xəbərləri
30 Mart 22:03
Sosial
30 Mart 21:19
Sosial
30 Mart 20:32

