Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ təbii qaz mayelərinin ixracını artırıb

ABŞ təbii qaz mayelərinin ixracını artırıb

31.03.2026 [20:32]

ABŞ ötən il təbii qaz mayeləri ixracını gündəlik 3,1 milyon barelə çatdırıb ki, bu da əvvəlki ilə nisbətən 7 faiz artım deməkdir.

AZƏRTAC Amerika Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ölkədə bu yanacaq növlərinin istehsalı 2005-ci ildən bəri hər il artıb. ABŞ ötən il ən çox Hindistana olmaqla, Çin, Yaponiya, Kanada, Meksika və Koreya Respublikası kimi ölkələri ixrac həyata keçirib.

Etan ixracı ötən il 19 faiz artıb və ABŞ 9 ölkəyə ümumilikdə 579 min barel/gün etan ixrac edib. ABŞ etan ixracının 50 fazidən çoxunu Çinə həyata keçirib. ABŞ-ın propan ixracı isə orta hesabla gündəlik 1,8 milyon barel olmaqla rekord həddə çatıb ki, bu da 1973-cü ildən bəri ən yüksək göstəricidir. Propan ixracı əvvəlki ilə nisbətən 3 faiz artıb, ən çox Çin, Yaponiya və Koreya Respublikasına göndərilib. ABŞ-ın butan ixracı isə 2006-cı ildən bəri hər il artaraq 2025-ci ildə rekord səviyyədə - təxminən 535 min barel/günə çatıb ki, bu da əvvəlki ilə nisbətən 9 faiz artım deməkdir. Keçən il ABŞ butanının ən böyük idxalçıları Mərakeş, İndoneziya, Hindistan, Yaponiya, Koreya Respublikası və Misir olub.

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31