Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yaxın Şərq münaqişəsi ərəb ölkələrinə 200 milyard dollara başa gələ bilər

Yaxın Şərq münaqişəsi ərəb ölkələrinə 200 milyard dollara başa gələ bilər

31.03.2026 [21:18]

Ərəb ölkələri Yaxın Şərq münaqişəsi səbəbindən təxminən 200 milyard dollar itirə bilər ki, bu da regionda iqtisadi artıma ciddi zərbə vuracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi BMT İnkişaf Proqramının hesabatına istinadla məlumat yayıb. Ekspertlərin fikrincə, “Yaxın Şərqdə qısamüddətli hərbi eskalasiya bütün ərəb dövlətləri üçün dərin və genişmiqyaslı sosial-iqtisadi nəticələrə səbəb ola bilər”. Hesablamalara görə, regionda işsizlik dörd faiz bəndi arta bilər ki, bu da təxminən 3,6 milyon iş yerinin itirilməsi və 4 milyon insanın yoxsulluğa sürüklənməsi deməkdir. Körfəz Əməkdaşlıq Şurası ölkələri - Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı ÜDM-nin 5,2 faizdən çoxunu itirəcəklər.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31