Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstan və Çin 2029-cu ilədək konteyner tranziti həcmini 3 min qatara çatdırmağı hədəfləyir

Qazaxıstan və Çin 2029-cu ilədək konteyner tranziti həcmini 3 min qatara çatdırmağı hədəfləyir

31.03.2026 [21:50]

Qazaxıstan və Çin 2029-cu ilə qədər konteyner tranziti həcmini 3 min qatara çatdırmağı hədəfləyən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında maraqlı olduqlarını təsdiqləyiblər.

AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bu ölkənin nəqliyyat nazirinin müavini Janibek Taijanovun və Çin Dövlət Dəmir Yolu Administrasiyasının baş direktorunun müavini Vu Dejinin sədrliyi ilə Pekində keçirilən Qazaxıstan-Çin Dəmir Yolu Nəqliyyatı üzrə Əməkdaşlıq Alt Komitəsinin 16-cı iclasında müvafiq məsələlər müzakirə olunub.

Tərəflər yükdaşıması həcmlərində müsbət artımı, Aktau və Kurık limanları da daxil olmaqla dəmir yolu infrastrukturunun modernləşdirilməsini qeyd ediblər. Görüşün yekununda sərhəd və liman infrastrukturunun sinxron inkişafını, nəqliyyat və logistika mərkəzlərinin yaradılmasını, dəmir yolu mühəndisliyi sahəsində əməkdaşlığın genişləndirilməsini və rəqəmsal həllərin tətbiqini nəzərdə tutan uzunmüddətli tranzit inkişaf proqramının hazırlanması barədə razılığa gəlinib.

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31