Kiyevdən Moskvaya “enerji atəşkəsi” təklifi...
08.04.2026 [08:52]
Yaxın Şərqdə davam edən münaqişə ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi də səngimək bilmir. Hər iki ölkə qarşılıqlı olaraq hücum edir və bunun nəticəsində də dağıntı və itkilər artır. ABŞ-ın İranla müharibəyə diqqət ayırması Kiyevə hərbi dəstəyi müəyyən qədər azaldıb. Bu da Rusiyanın artan hücumları qarşısında Ukraynanın vəziyyətini çətinləşdirir. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Associated Press”ə verdiyi müsahibəsində ABŞ və İsrailin İrana qarşı müharibəsinin Amerikanın Kiyevə dəstəyini daha da zəiflədə biləcəyini söyləyib.
Rusiya “Pasxa atəşkəsi” təklifini rədd edib
Onun sözlərinə görə, Ukraynanın Rusiyanın gündəlik hücumlarına qarşı tab gətirməsi üçün təcili olaraq Amerikanın əlavə “Patriot” sistemlərinə ehtiyacı var. Zelenski Kiyevin hələ də ballistik raketləri zərərsizləşdirmək üçün bu sistemlərə təsirli alternativinin olmadığını vurğulayıb. O, etiraf edib ki, Yaxın Şərqdəki yeni müharibə fonunda Ukrayna artıq beynəlxalq diqqət mərkəzində deyil. Buna görə də, Kiyev İran üzərində uzunmüddətli münaqişənin ABŞ-ın dəstəyinin daha da azalmasına səbəb olacağından qorxur. “Etiraf etməliyik ki, bu gün biz prioritet deyilik”, - deyə Ukrayna lideri vurğulayıb.
Belə bir şəraitdə Zelenski bir neçə gün əvvəl Pasxa bayramı münasibətilə atəşkəsin elan olunmasını təklif etmişdi. O ümid edirdi ki, ABŞ Kiyev və Moskva arasında “Pasxa atəşkəsi” təklifini dəstəkləyəcək. Pasxa bayramı aprelin 12-də başlayır və bir neçə gün davam edəcək. “Ümid edirəm ki, ABŞ qətiyyətli qalacaq və Rusiyanı üçtərəfli görüşə qoşulmağa və sülh bağlamağa inandırmağa kömək edəcək. Mən bunu demişəm və bu gün də təkrar edirəm: biz Pasxa bayramı günlərində atəşkəs təklif etdik. Ümid edirik ki, ABŞ bunu dəstəkləyəcək. Biz Rusiyadan cavab gözləyirik”, - deyə o söyləyib. Lakin Rusiya tərəfi bunu rədd edib və təklifə Ukrayna ərazisinə güclü hücumlarla “cavab” verib. Zelenskinin “Pasxa atəşkəsi” ilə bağlı Roma Papası XIV Leo ilə telefon danışığı da heç bir nəticə verməyib.
Moskvanın şərti...
Belə olan halda, Ukrayna Rusiyaya “enerji atəşkəsi” təklifi irəli sürüb. Bu barədə Volodimir Zelenski “Teleqram” səhifəsində məlumat verib. “Əgər Rusiya enerji sektorumuza hücumları dayandırmağa hazırdırsa, biz də eyni şəkildə cavab verməyə hazır olacağıq. Amerikalılar vasitəsilə belə bir təklifi Rusiya tərəfinə çatdırmışıq”, - deyə Prezident vurğulayıb. Lakin rəsmi Moskva Ukraynadakı münaqişənin aktiv mərhələsinə son qoymağın Ukrayna qoşunlarının Donbasdan çıxarılması şərti ilə mümkün olduğunu bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Ukrayna qoşunlarının Donbasdan çıxarılmasının münaqişənin siyasi və diplomatik yolla həllinə doğru irəliləmək üçün zəruri şərt olduğunu qeyd edib. O, bu şərtin yerinə yetirilməsi üçün konkret bir müddətin müəyyənləşdirilmədiyini əlavə edib. Peskov qərarın Ukrayna rəhbərliyi, xüsusən də Prezident Volodimir Zelenski tərəfindən verilməli olduğunu bildirib. Peskov vurğulayıb ki, Rusiya məqsədlərinə çatana qədər xüsusi hərbi əməliyyatı davam etdirmək niyyətindədir.
Ukrayna müharibəni texnoloji müstəviyə keçirir?
Mövcud şəraitdə Ukrayna müharibəni texnoloji müstəviyə keçirməyə çalışır. Ukrayna Ali Radasının Müdafiə və milli təhlükəsizlik, kəşfiyyat məsələləri üzrə alt komitəsinin sədri Fedor Venislavski deyib ki, Rusiyanın Ukrayna ərazisində qoşunlar qrupunu 2024-cü ildəki 520 mindən 2025-ci ildə 700 minə qədər artırmasına rəsmi Kiyev simmetrik cavab verərək vətəndaşlarının səfərbərliyini artıra bilməz. O qeyd edib ki, bunun əvəzinə Ukrayna müharibəni texnoloji müstəviyə keçirir: “Müdafiə naziri Fyodorov məhz bunu bəyan etdi ki, bizim əsas məqsədimiz işğal qoşunlarının canlı qüvvədə, texnikada mümkün qədər çox itki verməsidir. Biz hazırda bunun üzərində işləyirik”.
Səfərbərlik zamanı baş verən insidentlərdən danışan alt komitənin sədri bildirib ki, müharibənin gedişi zamanı işləyən mexanizmlərdə kəskin islahat aparılmasının əleyhinədir: “Hazırda hər şeyin yaxşı olduğunu söyləmək əlbəttə ki, mümkün deyil. Hər ay təxminən 30 min vətəndaş səfərbər olunur, 2025-ci il ərzində isə ümumilikdə səfərbərlik ilə bağlı hərbi komissarlıq və polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı şikayətlər təxminən 5 min olub. Yəni bu, bütün səfərbər edilənlərin ümumi sayının 1 faizindən bir az çoxudur”. F.Venislavski deyib ki, qanun pozuntuları ilə bağlı faizin aşağı olmasına baxmayaraq, Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Məsələləri üzrə Komitəsi, Prezident Ofisi, Ukrayna Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Komandanlığı münaqişəli vəziyyətlərin ümumiyyətlə olmaması və ya minimuma endirilməsi üçün maksimum səy göstərir: “Biz gözləyirik ki, Müdafiə Nazirliyi səfərbərlik məsələlərini və çağırış komissarlıqlarının fəaliyyətini təkmilləşdirmək üçün hansısa yeniliklər hazırlayacaq”.
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov isə “Bloomberg”ə açıqlamasında bildirib ki, ABŞ Prezidentinin elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin rəhbərlik etdiyi Amerika nümayəndə heyəti 12 apreldən sonra Kiyevə səfər edə bilər. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibində respublikaçı senator Lindsi Qremin olması da mümkündür. “Kuşner, Uitkoff və Lindsi Qrem - məhz onları gözləyirik. Görək orada başqa kimlər olacaq”, - deyən Budanov əlavə edib ki, Amerika nümayəndə heyətinin səfərindən sonra Ukrayna daha əhəmiyyətli təhlükəsizlik zəmanətləri ala bilər. “Nə istədiyimizi çoxdan müəyyən etmişik. Düşünürəm ki, bu, tezliklə həyata keçiriləcək. Bundan sonra nə baş verəcəyi başqa məsələdir. Amma təhlükəsizlik zəmanətləri ilə bağlı mütləq irəliləyiş əldə etmişik”, - deyə Prezident Ofisinin rəhbəri vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

