TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin 1-ci qeyri-rəsmi görüşü olub
17.04.2026 [07:32]
Aprelin 16-da İstanbul şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin, müşahidəçi dövlətlərin, həmçinin Türkmənistan və Özbəkistanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə 1-ci qeyri-rəsmi görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun ev sahibliyi ilə təşkil olunan görüşdə TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tanzila Narbayeva, Macarıstan Milli Assambleyası sədrinin birinci müavini Marta Mátrai, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Respublika Məclisi sədrinin müavini Fazilet Özdenefe, Türkmənistan Parlamentinin Beynəlxalq və parlamentlərarası əlaqələr komissiyasının sədri Maksat Kuliyev və TÜRKPA-nın Baş katibi Ramil Həsən iştirak ediblər.
Görüş zamanı qardaş dövlətlərin parlament sədrləri TÜRKPA-nın son dövrlərdəki fəaliyyətini yüksək qiymətləndirərək siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafına, xüsusilə təşkilat daxilində vahid qanunvericilik bazasının və model qanunların hazırlanması və tətbiqi istiqamətində birgə səylərə tam dəstək ifadə ediblər.
Görüş TÜRKPA-nın Baş katibi Ramil Həsənin son altı ay ərzində həyata keçirilmiş fəaliyyətlərə dair hesabatı ilə davam edib. Hesabatda üzv və müşahidəçi dövlətlərin parlament rəhbərləri və xarici işlər nazirləri ilə keçirilmiş görüşlər barədə məlumat verilib. Baş katib qeyd edib ki, TÜRKPA-nın islahat prosesi çərçivəsində yeni hüquqi sənədlərin hazırlanması başa çatıb və üzv dövlətlər bu barədə rəsmi şəkildə məlumatlandırılıb. Həmçinin 2027–2028-ci illər üzrə Büdcə Proqramının yekunlaşdırıldığı və bu istiqamətdə üzv dövlətlərin dəstəyinin gözlənildiyi vurğulanıb.
Baş katib Özbəkistan Respublikası Ali Məclisi Senatının yaxın vaxtlarda TÜRKPA-nın tamhüquqlu üzvünə çevriləcəyinə ümidvar olduğunu bildirib, eyni zamanda təşkilatın Türkmənistan, Macarıstan və ŞKTC ilə genişlənən əməkdaşlığını xüsusi qeyd edib. Ramil Həsən cari ilin sentyabr ayında Türkiyədə keçirilməsi planlaşdırılan “Avrasiyada yeni əməkdaşlıq: strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası” mövzusunda konfransa ev sahibliyi edəcəyi üçün Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa minnətdarlığını ifadə edib.
Qeyri-rəsmi görüş ailə fotosunun çəkilməsi və iştirakçıların TÜRKPA-nın cari fəaliyyətinə, eləcə də Baş katib tərəfindən təqdim olunan hesabatda əksini tapan məsələlərə dəstəklərini bir daha ifadə etmələri ilə başa çatıb.
Tədbirdə TÜRKPA Beynəlxalq Katibliyi Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, komissiya katibi Aynurə Abutalıbova, protokol xidmətinin rəhbəri Yadigar Məmmədov, təşkilati və inzibati məsələlər üzrə katib Ələsgər Ağayev, hüquq məsələləri üzrə mütəxəssis Azər Məmmədov və Baş katibin köməkçisi Tahmina Bakiyeva tərəfindən təmsil olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

