Çin qlobal enerji böhranı fonunda Türkmənistandan qaz tədarükünü artıracaq
17.04.2026 [20:32]
ABŞ və İsrailin İranla müharibəsi nəticəsində Yaxın Şərqdə gərginləşən münaqişənin Hörmüz boğazından enerji axınlarını pozmasından sonra Çin təbii qaz təchizatı üçün Orta Asiya ölkəsi Türkmənistana müraciət edib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Dövlət Şurasının açıqlamasına görə, Baş nazirin müavini Din Süesyan enerji və infrastruktur sektorlarında əməkdaşlığı genişləndirmək üçün aprelin 15-17-də Türkmənistana səfər edib. O, səfər zamanı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb və iki ölkənin təbii qaz sektorunda əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.
Berdiməhəmmədov Türkmənistanın Çinlə təbii qaz sektorunda əməkdaşlığa üstünlük verməyə davam edəcəyini vurğulayıb. O qeyd dib ki, “Qalkınış” qaz yatağının dördüncü mərhələsi Çin ilə tərəfdaşlıq çərçivəsində işlənəcək.
Baş nazirin müavini Din, həmçinin mart ayında iki ölkə arasında imzalanan müqaviləyə uyğun olaraq Çin Milli Neft Korporasiyası (CNPC) ilə “Türkmənqaz” arasında tərəfdaşlıq çərçivəsində işlənməsi planlaşdırılan “Qalkınış” qaz yatağının dördüncü mərhələsinin təməlqoyma mərasimində iştirak edib. Dünyanın bu ikinci ən böyük təbii qaz yatağının dördüncü mərhələsi ildə 10 milyard kubmetr qaz hasil etməyi hədəfləyir.
Din, həmçinin Aşqabadda Çin ilə Türkmənistan arasında təbii qaz sektorunda strateji əməkdaşlığın 20-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib. Bu əməkdaşlıq 2006-cı il aprelin 3-də təbii qaz boru kəməri və uzunmüddətli təchizat müqaviləsinin imzalanması ilə başlayıb.
Çin Baş nazirinin müavini iki ölkəni qlobal enerji təhlükəsizliyini qorumaq, enerji istehsalı və axınının sabitliyini təmin etmək, enerji bazarlarının sabit fəaliyyətini təşviq etmək və inklüziv qlobal enerji idarəetmə sistemi qurmaq üçün birgə çalışmağa çağırıb.
Qeyd edək ki, Türkmənistan hazırda Çinə ildə təqribən 40 milyard kubmetr təbii qaz ixrac edir.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

