Alimlərin yeni kəşfi: Kvant kimyası hesablamaları üzrə ilk səhvsiz metod hazırlanıb
28.04.2026 [23:25]
“Quantinuum” (ABŞ) şirkətinin aparıcı tədqiqatçısı Kentaro Yamamotonun trəhbərlik etdiyi yapon, amerikalı və britaniyalı fiziklərdən ibarət tədqiqat qrupu 56 kubitlik H2 kvant ion kompüterində kimyəvi hesablamalar aparmaq üçün ilk dəfə olaraq səhvlərin korreksiyası sistemlərindən istifadə edib. Bu hesablamaların bir hissəsi olaraq, tədqiqatçılar hidrogen molekulunun quruluşunu, minimum enerji vəziyyətini hesablayıb və onları istinad dəyərləri ilə müqayisə ediblər.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, alimlər problemi həll etmək üçün iki avtomatik səhv korreksiya sisteminin eyni vaxtda inteqrasiyasına imkan verən və eyni vaxtda səhvləri düzəltmək üçün tələb olunan köməkçi kubitlərin və əməliyyatların sayını əhəmiyyətli dərəcədə azaldan bir protokol hazırlayıblar. Nəticədə kvant kompüteri insan müdaxiləsi olmadan 3900-dən çox məntiqi əməliyyat yerinə yetirə və superkompüter hesablamasının nəticələrinə uyğun gələn hidrogen molekulunun minimum enerjisini hesablaya bilib.
Fiziklər qeyd etdiyi kimi, bu kvant hesablamalarının dəqiqliyi hazırda tammiqyaslı kimyəvi tədqiqatlar üçün tələb olunandan bir qədər aşağıdır, lakin hesablamada iştirak edən kubitlərin sayını artırmaq yolu ilə onlar əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər. Yamamoto və həmkarları belə bir qənaətə gəliblər ki, bu, hətta nisbətən kiçik və “səs-küylü” kvant kompüterlərinin kimyəvi hesablamalar üçün gələcəkdə istifadəsi baxımından böyük perspektivə malikdir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

