Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması istiqamətində işlərə başlanılıb
28.04.2026 [17:05]
Bildiyimiz kimi, 2025-ci il sentyabrın 18-də Prezident İlham Əliyev tərəfindən orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində abidəsinin ucaldılması haqqında Sərəncam imzalanıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə bir sıra işlər həyata keçirilir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov deyib.
O qeyd edib ki, abidənin ucaldılacağı ərazi müəyyənləşdirilib, müvafiq konsept hazırlanıb. Konseptə uyğun olaraq Naxçıvan şəhər “Əcəmi Seyrəngahı İstirahət Kompleksi”ndə Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə əlaqədar layihələndirmə işləri aparılıb, hazırda tikinti-quraşdırma işləri həyata keçirilir. Görülən işlərlə bərabər heykəlin və postamentin hazırlanmasına da başlanılıb. Heykəl hazırda Bakı şəhərində hazırlanır, cari ilin may ayında muxtar respublikaya gətirilməsi nəzərdə tutulur. Abidənin ərazisi 212 kvadratmetr, heykəlin hündürlüyü 2,7 metr, postamentin hündürlüyü 90 santimetrdir. Heykəlin müəllifi Xalq rəssamları Salhab Məmmədov və Əli İbadullayevdir.
“Abidənin ucaldılması mədəni irsin təbliğini gücləndirəcək, qədim diyarın estetik görünüşünü daha da yaxşılaşdıracaq və şəhərin diqqətçəkən məkanlarından birinə çevrilərək daha çox ziyarətçi cəlb edəcək", - deyə şöbə müdiri əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

