Mərkəzi Asiya-Xəzər-Avropa “yaşıl dəhlizi” reallaşır
29.04.2026 [09:55]
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin ratifikasiya edilməsi barədə” Qanunu təsdiqləyib. Sənəd təmiz enerji sahəsində strateji tərəfdaşlığın inkişafına yönəlmiş birgə addımları təşviq edən hüquqi çərçivə hesab edilir. Belə ki, ekoloji təmiz hidrogen və ammonyakın istehsalı və ticarəti üzrə birgə layihələrin həyata keçirilməsi, eləcə də bərpaolunan elektrik enerjisinin etibarlı transsərhəd bağlantıların yaradılması sazişin əsas detalları sırasında yer alır.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan 2 il əvvəl “yaşıl elektrik enerjisi”nin sabit ötürülməsi üçün texniki və kommersiya parametrlərini müəyyən etmək, müasir enerji səmərəli texnologiyaları tətbiq etmək və enerjinin, o cümlədən Avropa istiqamətində ixracı üçün infrastrukturu inkişaf etdirmək barədə razılığa gəliblər.2024-cü ildə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin əsas bəndlərindən biri də həmin niyyəti əks etdirir. Belə ki, sazişdə əsas hədəflərdən biri kimi üzv ölkələr arasında bərpa olunan enerji sahəsində birgə əlaqələrin vahid iqtisadi blokda birləşdirilməsi öz əksini tapıb. Bəyannamənin 11-ci bəndində TDT ölkələri bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla enerji sahəsində strateji tərəfdaşlığın daha da artırılması və bu çərçivədə Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsinə (Yaşıl dəhliz) dəstəyini ifadə edib. Sənəddə, həmçinin, türk dövlətləri tərəfindən bərpaolunan geniş enerji potensialının imkanları nəzərə alınaraq “yaşıl enerji”nin üzv dövlətlər və üçüncü ölkələr də daxil olmaqla ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişaf etdirilməsi bəyan olunub.
Dörd qardaşın enerji həmrəyliyi
“Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu”nun imzalanması ilə enerji əməkdaşlığı yeni hüquqi mərhələyə daxil olub. “Yaşıl enerji” resurslarının istehsalı və emalının növbəti zənciri nəql infrastrukturunun yaradılmasıdır. Bu proses də Azərbaycanın təşəbbüsü ilə irəliləməkdədir. 2024-cü ildə Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında yeni enerji ənəkdaşlığı üzrə əməkdaşlıq sazişinin və birgə müəssisənin yaradılmasına dair memorandumun imzalanması ilə “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Budapeştdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktubun imzalanması isə “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) fəaliyyətinin yeni mərhələyə daxil olmasını təmin edib. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında qurulmuş üçtərəfli “yaşıl enerji” koalisiyası ötən il Qırğızıstanın qoşulmasından sonra 4 türk dövlətinin enerji həmrəylini formalaşdırıb.
Anlaşmaya əsasən, istehsal və emal edilən enerjinin daxili enerji şəbəkələrinə yönəldilməsi və Qara dəniz sualtı elektrik verilişi xətti ilə Avropaya nəqli nəzərdə tutulur. Belə ki, enerji sazişi Xəzər dənizində qiymətləndirilən 500 QVt-dan çox külək enerjisinin Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə tutur. Hazırda Xəzər dənizi bərpa olunan enerji mənbələri üzrə ən böyük ehtiyatlara malikdir. Təkcə Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Eləcə də Qazaxıstan sektorunda da günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Yaxud Özbəkistanın Asiya çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür, külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kVt təşkil edir. Bu isə Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səfərbər olunması üçün imkanları artırır.
Cənub Qaz Dəhlizinin “yaşıl tranziti”...
Hazırda dünyada sürətli enerji keçidi həyata keçirilir. Müxtəlif regionlarda artan geosiyasi risklər və logistika dəhlizlərində qırılmalar dayanıqlı enerji təchizatında da problemlər yaradır. Bu konteksdə qitə dövlətləri ənənəvi enerjidən alternativ enerjiyə keçid üçün strateji kurs üzrə fəallığı artırmaqdadır. Bir müddət əvvəl Avropa Komissiyası təmiz enerjiyə keçid üçün yol xəritəsini elan edib və ittifaq ölkələrini təcili addımlar atmağa çağırıb. Məhz bu baxımdan alternativ enerji marşrutu kimi əsas diqqət Mərkəzi Asiya və Xəzər bölgəsinə yönəlib.
Azərbaycan Mərkəzi Asiya-Xəzər-Avropa və yaxud “Qara dəniz kabeli” adlandırılan layihəni həm də Cənub Qaz Dəhlizində yer alan bütün ölkələrin ortaq ailəsi kimi görür və siyasəti də bu istiqamətdə irəlilədir. Bir müddət əvvəl Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarında “yaşıl enerji” sahəsində vacib əməkdaşlığın ən nəhəng platforması kimi dəyərləndirilib. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoqun artırılması qərara alınıb. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 8 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Beləliklə, “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin ratifikasiya edilməsi barədə” Qanunun imzalanması Mərkəzi Asiya-Xəzər bölgəsində enerji arxitekturasını qurmaq yönündə növbəti addımdır. Azərbaycan tranzit ölkə olaraq özünün istehsal etdiyi enerji ilə yanaşı, Mərkəzi Asiyadan daxil olan enerjini də Avropaya ötürəcək. Xəzər və Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinin nəql marşrutu isə Avropa ölkələrini nəzərdə tutur. Bu, “yaşıl enerji” dəhlizi tam olaraq real bir enerji layihəsi olmalqa, regionda sabitliyin və həmrəyliyin simvoluna çevriləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

