Qəbələdən verilən strateji mesajlar
29.04.2026 [15:12]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
2026-cı il aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş Qəbələdə keçirilən görüşdən sonra mətbuata bəyanatlarla çıxış edərək iki ölkə arasında əməkdaşlığın cari vəziyyətini və perspektivlərini geniş şəkildə dəyərləndirdilər. Verilən bəyanatlar Azərbaycan–Çexiya münasibətlərinin strateji məzmununu və inkişaf istiqamətlərini bir daha təsdiqlədi. Dövlət başçısı cənab İlham Əliyev çıxışında qeyd etdi ki, Çexiyanın Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının bariz nümunəsidir. Cənab Prezident vurğuladı ki, tərəflər arasında siyasi dialoq yüksək səviyyədədir və regional, qlobal, eləcə də ikitərəfli məsələlər üzrə mütəmadi fikir mübadiləsi aparılır. Qəbələdə keçirilən görüşlər – həm təkbətək, həm də geniş tərkibdə aparılan danışıqlar – münasibətlərin daha da dərinləşdirilməsi üçün mühüm platforma rolunu oynadı.Cənab Prezident vurğuladı ki, bu görüşlər konkret nəticələrə yönəlmiş və əməkdaşlığın praktiki istiqamətlərini müəyyənləşdirən müzakirələrlə yadda qaldı. Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsi artıq yüz milyonlarla dollar səviyyəsinə çatıb, lakin bu dövriyyənin əsas hissəsi enerji resurslarının ixracından ibarətdir.Dövlət başçısı qeyd etdi ki, əsas məqsəd ticarət strukturunun daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsidir. Bu məqsədlə investisiya layihələri, sənaye əməkdaşlığı və biznes təşəbbüsləri geniş müzakirə olunub.Qəbələdə keçirilən Azərbaycan–Çexiya biznes forumu iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinə mühüm töhfə verdi və real layihələrin həyata keçirilməsi üçün zəmin yaratdı. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu vurğulayaraq qeyd etdi ki, ölkə həm neft, həm də qaz ixracı ilə bir çox Avropa dövlətlərinin enerji təminatında mühüm rol oynayır. Çexiyanın Baş naziri Andrey Babiş çıxışında Azərbaycanın ölkəsi üçün əsas enerji tərəfdaşlarından biri olduğunu bildirdi. O qeyd etdi ki, Çexiyanın idxal etdiyi neftin təxminən 42 faizi məhz Azərbaycandan gəlir və bu əməkdaşlıq strateji xarakter daşıyır. Baş nazir həmçinin Azərbaycanın qaz təchizatı sahəsində də Çexiya üçün mühüm tərəfdaş ola biləcəyini vurğulayaraq uzunmüddətli müqavilələrə maraq göstərdiklərini ifadə etdi. Baş nazir Andrey Babiş qeyd etdi ki, Çex şirkətləri Bakı metrosu, infrastruktur layihələri, aviasiya və müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıqda maraqlıdır. Çexiyadan Azərbaycana səfər edən geniş biznes nümayəndə heyətinin iştirakı iki ölkə arasında iqtisadi münasibətlərin yalnız siyasi səviyyədə deyil, həm də real sektor üzrə inkişaf etdiyini göstərir.Baş nazirAndrey Babiş mətbuata bəyanatında Azərbaycanı Çexiya üçün “strateji tərəfdaş” adlandıraraq iki ölkə arasında mövcud olan səmimi və dostluq münasibətlərini xüsusi vurğuladı. Qəbələdə keçirilən görüş və mətbuata verilən bəyanatlar göstərdi ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Siyasi dialoqun yüksək səviyyəsi, iqtisadi əməkdaşlığın genişlənməsi və enerji sahəsində strateji tərəfdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyevin bəyanatında ifadə olunan kimi, mövcud əməkdaşlıq yalnız bugünkü maraqlarla məhdudlaşmır, eyni zamanda uzunmüddətli strateji perspektivə hesablanıb. Bu isə Azərbaycan–Çexiya əlaqələrinin gələcəkdə daha da dərinləşəcəyinə əsas verir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

