Bakı və Praqa arasında strateji tərəfdaşlığın güclənməsi
01.05.2026 [11:29]
Azərbaycan ilə Çexiya arasında diplomatik münasibətlər 1993-cü ilin yanvar ayında qurulmuş və sonrakı illərdə mərhələli şəkildə inkişaf etmişdir. İki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyması isə 2015-ci ilin sentyabrında Bakıda imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə mümkün olmuşdur. Bu sənəd siyasi dialoqun genişlənməsi ilə yanaşı, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm zəmin yaratmışdır.
Aprel ayında Çexiyanın Baş naziri Andrey Babiš Azərbaycana rəsmi səfər etmiş və bu səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirilmişdir. Qəbələ şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə baş tutan həm təkbətək, həm də geniş tərkibli danışıqlar iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini əhatə etmişdir. Görüşlər zamanı tərəflər siyasi dialoqun davamlı xarakter aldığını və qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndiyini xüsusi vurğulamışlar.
Liderlərin mətbuata verdikləri bəyanatlar göstərdi ki, Bakı və Praqa yalnız mövcud əlaqələri qorumaq deyil, həm də onları daha da genişləndirmək niyyətindədir. Xüsusilə iqtisadi və enerji sahələri əməkdaşlığın əsas istiqamətləri kimi ön plana çıxır. Bununla yanaşı, tərəflər iqtisadi münasibətlərin daha balanslı qurulmasına da önəm verirlər. Hazırda ticarət dövriyyəsində əsas pay enerji resurslarının payına düşsə də, qeyri-neft sektorunun inkişafı prioritet məsələlərdən biri kimi müəyyənləşdirilmişdir.
Qəbələdə təşkil olunan Azərbaycan-Çexiya biznes-forumu iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm rol oynadı. Forum çərçivəsində Azərbaycanın iqtisadi potensialı, nəqliyyat imkanları və enerji layihələri geniş şəkildə təqdim olundu. Dövlət başçısı çıxışında işgüzar dairələrə açıq mesaj verərək bildirdi ki, artıq konkret layihələrə investisiya yatırmaq və qarşılıqlı əməkdaşlıq imkanlarını reallaşdırmaq vaxtıdır. Bu cür yüksək səviyyəli siyasi əlaqələr biznes mühiti üçün də güclü stimul yaradır.
Məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsi artıq yüz milyonlarla dollar həddini keçmişdir və bu göstəricinin artırılması üçün yeni addımlar planlaşdırılır. Əsas məqsəd iqtisadi əməkdaşlığı şaxələndirmək, qarşılıqlı sərmayələri artırmaq və yeni sahələr üzrə birgə layihələri həyata keçirməkdir. Bu baxımdan sənaye, nəqliyyat, texnologiya və elmi tədqiqat istiqamətləri xüsusi əhəmiyyət daşıyır.
Enerji sahəsində əməkdaşlıq isə münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycan Çexiya üçün mühüm enerji təchizatçılarından biridir və bu istiqamətdə uzunmüddətli əməkdaşlıq perspektivləri mövcuddur. Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda bu tərəfdaşlıq daha da aktuallaşır və strateji əhəmiyyət kəsb edir.
Azərbaycan ilə Çexiya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasi əlaqələrin sabitliyi, iqtisadi əməkdaşlığın genişlənməsi və enerji sahəsində möhkəm tərəfdaşlıq gələcək üçün etibarlı əsas yaradır. Hər iki ölkə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı daha da gücləndirməkdə maraqlıdır və bu istiqamətdə atılan addımlar münasibətlərin davamlı inkişafını təmin edir.
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

