/ / Kəlbəcərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yazı-inşa müsabiqəsi keçirilib
Kəlbəcərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yazı-inşa müsabiqəsi keçirilib
04.05.2026 [10:53]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yazı-inşa müsabiqəsi keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon təhsil sektorunun müdiri Namiq Rəcəbov, sektorun əməkdaşları, pedaqoji kollektiv, müsabiqədə iştirak edən şagirdlər və münsiflər heyəti iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Daha sonra çıxış edən
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ulu Öndərin zəngin və mənalı ömür yolundan, dövlətçilik irsinin öyrənilməsinin əhəmiyyətindən və bu irsin gənc nəslə aşılanmasının vacibliyindən bəhs etmişdir. O qeyd etmişdir ki, belə müsabiqələrin keçirilməsində əsas məqsəd dahi şəxsiyyətin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənclər arasında təbliğidir.
Kəlbəcər rayon təhsil sektorunun müdiri Namiq Rəcəbov çıxışında bildirmişdir ki, müsabiqənin əsas məqsədi şagirdlər arasında müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin daha dərindən öyrənilməsinə nail olmaqdır.
Çıxış edənlər vurğulamışlar ki, Ulu Öndər Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti bugünkü gənclər üçün örnəkdir və bu irsin öyrənilməsi gələcək nəsillərin düzgün istiqamətdə formalaşmasında mühüm rol oynayır.
Kəlbəcər rayon təhsil sektorunun məsul əməkdaşları Məftun Kamalov və Aytac Məmişova müsabiqə barədə ətraflı məlumat verərək bildirmişdir ki, müsabiqədə Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon orta ümumtəhsil məktəblərinin 10–11-ci sinif şagirdləri iştirak edirlər. Qeyd olunmuşdur ki, müsabiqənin məqsədi şagirdlərin Ulu Öndərin zəngin irsi haqqında biliklərini artırmaq və onların vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir. İştirakçılara inşanı yazmaq üçün iki saat vaxt ayrılmış, yazılar münsiflər heyəti tərəfindən obyektiv şəkildə qiymətləndirilmişdir.
Nəticələrə əsasən qaliblər müvafiq olaraq mükafatlandırılmışlar. Belə ki, birinci yerə Kəlbəcər rayonu 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Kamallı Gülay İsmət qızı və 99 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ələsgərli Nurcan Amil qızı layiq görülərək Fəxri diplomla təltif olunmuşlar.
İkinci yerə 22 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi İmamquliyeva Gülay Rəşad qızı və 109 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Yusibova Yazgül Səyyar qızı layiq görülərək Fəxri fərmanla təltif olunmuşlar.
Üçüncü yerə isə 10 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nəbiyeva Sevinc Eyvaz qızı və 55 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi İsmayılova Nişanə Araz qızı layiq görülərək təşəkkürnamə ilə təltif olunmuşlar. Digər iştirakçılara isə həvəsləndirici diplomlar təqdim edilmişdir.
Sonda qaliblər və iştirakçılar təbrik olunmuş, bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyi vurğulanmış və onlara gələcək təhsil həyatlarında uğurlar arzulanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

