Avropa çempionlarına yüksək dəyər
04.05.2026 [14:07]
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Prezident cənab İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul etməsi ölkədə idmana və xüsusilə güləş ənənələrinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu görüş həm idmançıların qazandığı böyük uğurun qiymətləndirilməsi, həm də gələcək nəsillər üçün motivasiya mənbəyi kimi mühüm əhəmiyyət daşıyır.
Azərbaycan güləş məktəbi uzun illərdir ki, dünya və Avropa miqyasında öz sözünü deyir. İdmançılarımızın beynəlxalq arenalarda qazandığı uğurlar ölkəmizin idman sahəsindəki inkişafının göstəricisidir. Avropa çempionatında komanda hesabında çempionluq isə bu uğurların zirvələrindən biridir. Bu nailiyyət yalnız fərdi bacarıqların deyil, həm də komanda ruhunun, məşqçilərin əməyi və dövlət qayğısının nəticəsidir.
Möhtərəm Prezident cənab İlham Əliyevin güləşçilərlə görüşü zamanı onların çıxışları yüksək qiymətləndirilmiş, göstərdikləri qələbə əzmi xüsusi vurğulanmışdır. Dövlət başçısı idmançıların ölkəni layiqincə təmsil etdiyini qeyd edərək, bu uğurun təsadüfi olmadığını, sistemli işin və düzgün strategiyanın nəticəsi olduğunu bildirmişdir. O, həmçinin gələcək yarışlarda da daha böyük nailiyyətlərin əldə olunacağına inandığını ifadə etmişdir. Bu cür qəbul mərasimləri idmançılar üçün böyük stimul rolunu oynayır. Onlar dövlət tərəfindən diqqət və qayğı gördüklərini hiss edir, daha böyük məqsədlərə çatmaq üçün ruhlanırlar. Eyni zamanda, bu görüşlər gənclər arasında idmana marağın artmasına səbəb olur. Gənc nəsil uğurlu idmançıları özlərinə nümunə götürərək sağlam həyat tərzinə üstünlük verir və idmanla məşğul olmağa həvəslənir.
Azərbaycanın idman siyasətində güləş xüsusi yer tutur. Bu sahəyə göstərilən diqqət nəticəsində ölkəmizdə müasir idman infrastrukturu yaradılmış, beynəlxalq standartlara cavab verən məşq bazaları qurulmuşdur. Bu da öz növbəsində idmançıların yüksək səviyyədə hazırlaşmasına imkan yaradır. Prezidentin idmana göstərdiyi dəstək, həyata keçirilən dövlət proqramları və layihələr bu sahənin davamlı inkişafını təmin edir.
Cənab Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul etməsi yalnız rəsmi görüş deyil, həm də idmana verilən dəyərin, milli qürurun və gələcəyə olan inamın ifadəsidir. Bu cür tədbirlər Azərbaycan idmanının daha da inkişaf etməsinə, yeni uğurların qazanılmasına və ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

