Nevropatoloq: Sosial şəbəkələr və davamlı mesaj yazmaq beyində dopamin sintezini artırır
07.05.2026 [22:43]
Yuxu beynin və orqanizmin bərpası üçün həyati əhəmiyyət daşıyır. Lakin telefondan və sosial şəbəkələrdən gecə istifadə olunması yuxunun keyfiyyətini pozur. Smartfon ekranlarından yayılan qısadalğalı mavi işıq retinal reseptorlar vasitəsilə epifiz vəzində melatonin hormonunun sintezini azaldır. Melatonin yuxu-oyanıqlıq ritminin tənzimlənməsində əsas rol oynayır. Onun azalması yuxuya keçidi gecikdirir və dərin yuxu fazalarının strukturunu dəyişdirir. Bu isə səhər yuxudan oyandıqda yorğunluq, diqqət dağınıqlığı və emosional gərginlik kimi simptomlarla müşayiət olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssisi, nevropatoloq Kəmalə İsmayılova səsləndirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə davamlı məlumat əldə etmək və davamlı mesaj yazmaq beyində dopamin sintezini artırır: “Dopamin beyində və bədəndə çox vacib rol oynayan neyrotransmitterdir və insanın müsbət stimullara yönəlməsini təmin edir. Davamlı stimullaşma tolerantlıq yaradır. İstifadəçi daha çox stimula ehtiyac hiss edir və nəticədə telefon qarşısında keçirdiyi vaxt artır. Bu isə yuxu müddətinin azalmasına, yuxunun keyfiyyətinin pozulmasına və gündüz yorğunluğuna səbəb olur. Bundan əlavə, sosial şəbəkələrdəki xəbər axını və informasiya çoxluğu emosional gərginliyi artırır. Stres, təşviş və narahatlıq yuxu strukturunu pozur, xüsusilə dərin yuxu fazasını zəiflədir. Belə hallarda yuxusuzluq, yuxuya getməkdə çətinlik və tez-tez yuxudan oyanma halları daha çox müşahidə olunur. İnsan beyni gündəlik informasiya axınına öyrəşdiyi üçün yuxu zamanı da bu məlumatları emal etməyə çalışır. Nəticədə yuxu dərinliyini qorumaq çətinləşir və bərpaedici proseslər tam baş vermir”.
Kəmalə İsmayılova bildirib ki, yuxu keyfiyyətinin pozulması yalnız fiziki yorğunluğa səbəb olmur, həm də koqnitiv funksiyalara təsir edir: “Diqqətin dağılması, yaddaşın zəifləməsi, emosional sabitliyin pozulması və qərar qəbuletmə bacarığının zəifləməsi müşahidə olunur. Gecə telefondan istifadə, həmçinin gündüz saatlarında əhvali-ruhiyyə dəyişikliklərinə, əsəbilik və təşviş hallarının artmasına səbəb ola bilər. Buna görə də gecə saatlarında ekran qarşısında çox vaxt keçirmək uzunmüddətli olaraq yuxu strukturunu pozur və sağlam həyat tərzinə ciddi təsir göstərir. Yuxunun bərpaedici funksiyası pozulduqda orqanizm daha tez yorulur, immun sistemi zəifləyir və gündəlik fəaliyyət üçün enerji səviyyəsi azalır. İnsan özünü daim yorğun, diqqəti dağılmış və emosional olaraq gərgin hiss edə bilər. Belə hallarda yuxu rejiminin pozulması ilə yanaşı, sosial fəaliyyətlərdə iştirak da azalır. Diqqət tələb edən tapşırıqlar çətinləşir və uzunmüddətli dövrdə həyat keyfiyyəti əhəmiyyətli dərəcədə təsirlənir”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08

