Cəbrayılda növbəti sağlamlıq aksiyası zamanı 120 nəfər müayinə olunub
15.05.2026 [19:30]
Səhiyyə Nazirliyi Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə mayın 15-də nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ixtisaslaşmış tibbi heyəti Cəbrayıl şəhərində növbəti tibbi-humanitar aksiya həyata keçirib.
Səfər çərçivəsində bölgə sakinlərinə konsultativ və profilaktik tibbi xidmətlər göstərilib. Tibbi heyətin tərkibində 6 mama-ginekoloq, 1 ultrasəs müayinəsi üzrə həkim, 1 neonataloq, 1 mama və 1 tibb bacısı yer alıb.
Aksiya zamanı qadınlar üçün geniş ginekoloji müayinələr aparılıb, reproduktiv sağlamlıq, hamiləliyin planlaşdırılması, sonsuzluq, hormonal dəyişikliklər və hamiləlik dövründə tibbi nəzarət mövzularında konsultasiyalar təqdim olunub. Ultrasəs müayinələri vasitəsilə pasiyentlərin sağlamlıq göstəriciləri qiymətləndirilib, hər bir müraciət edən şəxsə fərdi tibbi tövsiyələr verilib.
Səyyar tibbi xidmət yalnız qadın sağlamlığı ilə məhdudlaşmayıb. Körpə və uşaqlar neonataloq tərəfindən müayinə olunaraq onların sağlamlıq vəziyyəti dəyərləndirilib. Valideynlərlə aparılan maarifləndirici söhbətlərdə düzgün qidalanma, erkən inkişaf mərhələləri, immunitetin qorunması və mütəmadi tibbi nəzarətin əhəmiyyəti xüsusi vurğulanıb.
Tibbi aksiya zamanı 120 nəfər müayinədən keçirilib.
Həkimlərin əhali ilə keçirdiyi maarifləndirici görüşlərdə ana və uşaq sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, profilaktik müayinələrin vacibliyi və sağlam həyat tərzinin təşviqi əsas mesaj kimi ön plana çıxıb.
Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən bu cür səyyar tibbi-humanitar aksiyalar regionlarda yaşayan vətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, xüsusilə qadın və uşaq sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

