Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ: Şuşadan verilən strateji mesajlar
20.07.2026 [10:58]
2026-cı il iyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri çərçivəsində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş və birgə bəyanatlar iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada baş tutan bu görüş dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan əlaqələrin daha da möhkəmləndiyini nümayiş etdirdi.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Slovakiya arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini bildirdi. Dövlət başçısı qeyd etdi ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir və qarşılıqlı maraq doğuran məsələlərdə bir-birini dəstəkləyirlər. Bu, etibarlı tərəfdaşlığın və qarşılıqlı etimadın göstəricisidir.
Bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi diqqət mərkəzində oldu. Prezident İlham Əliyev enerji, nəqliyyat, ticarət, sənaye, yüksək texnologiyalar, yaşıl enerji və investisiya sahələrində böyük potensialın mövcud olduğunu bildirdi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr qeyd olunaraq, Slovakiya ilə bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulandı.
Prezident İlham Əliyev Azərbaycanın etibarlı tərəfdaş kimi üzərinə götürdüyü bütün öhdəlikləri uğurla yerinə yetirdiyini diqqətə çatdırdı. Dövlətimizin həyata keçirdiyi iri enerji və nəqliyyat layihələrinin regionun və Avropanın iqtisadi inkişafına mühüm töhfə verdiyi bildirildi. Xüsusilə Cənub Qaz Dəhlizi və digər beynəlxalq layihələrin Avropanın enerji təhlükəsizliyində oynadığı rol bir daha qeyd edildi.
Şuşada keçirilən görüş zamanı postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verildi. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə yeni şəhərlərin, kəndlərin, yolların, məktəblərin, xəstəxanaların və digər sosial infrastrukturun inşa edildiyini vurğuladı. Şuşanın sürətlə dirçəlməsi Azərbaycanın gücünün, siyasi iradəsinin və xalqın birliyinin bariz nümunəsi kimi təqdim olundu.
Dövlət başçısı regionda davamlı sülhün təmin edilməsinin Azərbaycanın əsas məqsədlərindən biri olduğunu bildirərək Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinin bütün ölkələrin maraqlarına xidmət etdiyini qeyd etdi. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi bir daha diqqətə çatdırıldı.
Slovakiya Prezidentinin Şuşaya səfəri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərilən hörmətin, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesinə verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilə bilər. Bu səfər Şuşanın beynəlxalq siyasi dialoq məkanına çevrildiyini də bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin Şuşada verdiyi bəyanat Azərbaycanın müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun uğurlarını əks etdirdi. Azərbaycan bu gün həm regionda sülhün və əməkdaşlığın təşviqçisi, həm də Avropanın etibarlı tərəfdaşı kimi öz mövqeyini daha da möhkəmləndirir. Slovakiya ilə münasibətlərin inkişafı da bu siyasətin uğurlu nəticələrindən biri olmaqla, gələcəkdə siyasi, iqtisadi və humanitar sahələrdə yeni əməkdaşlıq imkanlarının yaranacağına inamı artırır.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58

