Son 20 ildə dünyada plastik məhsullardan istifadə 234 milyon tondan 460 milyon tona yüksəlib
04.08.2026 [17:35]
Türkiyənin Sıfır Tullantı Vəqfi plastik çirklənmə ilə mübarizəyə dair hazırladığı “Plastik Tullantılar Hesabatı”nı ictimaiyyətə təqdim edib.
AZƏRTAC xəbər verir ki, İstanbulda keçirilən təqdimat mərasimində Sıfır Tullantı Vəqfinin prezidenti, COP31-in Yüksək Səviyyəli İqlim Çempionu Samed Ağırbaş və İstanbul valisi Davud Gül iştirak ediblər.
Tədbirdə hesabatın əsas nəticələri və Sıfır Tullantı konsepsiyası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Samed Ağırbaş bildirib ki, BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslərlə Məsləhət Şurasının sədri və Sıfır Tullantı Fondunun fəxri prezidenti Əminə Ərdoğanın təşəbbüsü ilə formalaşan Sıfır Tullantı hərəkatı tullantıların idarəolunmasından daha geniş məna daşıyır və istehsal, istehlak, eləcə də inkişaf modelinin təbiətlə uzlaşdırılmasını hədəfləyir.
Onun sözlərinə görə, dünyada plastik məhsullardan istifadə son 20 ildə 234 milyon tondan 460 milyon tona, plastik tullantıların həcmi isə 156 milyon tondan 353 milyon tona yüksəlib. Türkiyədə adambaşına illik plastik tullantı 48 kiloqram təşkil edir ki, bu da dünya orta göstəricisindən 44,9 faiz çoxdur.
Fond rəhbəri avqustun 31-dən sentyabrın 1-dək İstanbulda dövlət qurumları, universitetlər, qeyri-hökumət təşkilatları və mütəxəssislərin iştirakı ilə ölkə tarixində plastik tullantılar mövzusunda ən genişmiqyaslı forumun keçiriləcəyini bildirib. Onun nəticəsi olaraq uzunmüddətli Plastik Fəaliyyət Planı ictimaiyyətə təqdim olunacaq.
İstanbul valisi Davud Gül isə ətraf mühitin mühafizəsinin qlobal əhəmiyyət daşıdığını vurğulayaraq, Sıfır Tullantı hərəkatının Türkiyədə geniş ictimai dəstək qazandığını və İstanbulun bu istiqamətdə nümunəvi şəhərlərdən biri olduğunu qeyd edib.
Hesabatda qlobal plastik istehlakının rekord həddə çatdığı, plastik tullantıların cəmi 9 faizinin təkrar emal edildiyi bildirilir.
Sənəddə plastik çirklənmənin iqlim dəyişikliyi ilə mübarizənin əsas istiqamətlərindən biri olduğu vurğulanır, həmçinin Türkiyədə plastik tullantıların idarəolunmasının təkmilləşdirilməsi, təkrar emal infrastrukturunun gücləndirilməsi, rəsmi monitorinq sisteminin yaradılması və dövri iqtisadiyyatın inkişafı üçün yeddi əsas fəaliyyət istiqaməti təklif edilir.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

