/ / “Azercell” və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirib “AI4Real Bootcamp” proqramı uğurla başa çatıb
“Azercell” və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirib “AI4Real Bootcamp” proqramı uğurla başa çatıb
07.09.2026 [15:21]
“Azercell”in təşəbbüsü və dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi “AI4Real Bootcamp” intensiv təlim proqramı başa çatıb.
Proqram Azərbaycanın, eləcə də xarici ölkələrin universitetlərində STEAM istiqamətləri üzrə təhsil alan tələbələrin böyük marağına səbəb olub. Seçim mərhələsinin nəticələrinə əsasən, ümumilikdə 14 universiteti təmsil edən 26 tələbə proqramda iştirak hüququ qazanıb.
Proqram süni intellektin müxtəlif sahələrdə praktiki tətbiqini əhatə edib. İştirakçılar real biznes tapşırıqları üzərində işləyib, süni intellektdən istifadə etməklə biznes yönümlü həllər hazırlayıblar. Təlimlər akademik mütəxəssislərin və sənaye ekspertlərinin iştirakı ilə keçirilib.
“Azercell”in Məlumat Analitikası və Süni İntellekt departamentinin baş direktoru Sabir Mərdanov telekommunikasiya sahəsində süni intellektin tətbiqinə dair real nümunələri iştirakçılarla bölüşüb, bu texnologiyaların biznes üçün yaratdığı imkanlar və praktiki faydaları barədə ətraflı məlumat verib. ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin müəllimi Samir Məmmədov, həmçinin universitetin professor-müəllim heyəti və dəvət olunmuş ekspertlər isə öz sahələrində tətbiq edilən AI həlləri və onların praktiki istifadəsi barədə danışıblar.
İntensiv təlim və praktiki sessiyalar iştirakçılara süni intellekt üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, komanda işi, problem həlli və innovativ düşüncə üzrə təcrübələrini də artırmağa imkan yaradıb.
Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Ən yüksək nəticə göstərən beş tələbə isə yeni tədris ilində “Azercell” və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək hakatonda birbaşa iştirak hüququ qazanıb.
Qeyd edək ki, “Azercell” “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq süni intellekt əsaslı həllərin tətbiqini genişləndirir, eyni zamanda bu sahədə bilik və praktiki bacarıqlara malik yeni nəsil mütəxəssislərin yetişdirilməsini dəstəkləyir.
Xəbər lenti
Hamısına baxSosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45

