/ / Hüquq-mühafizə orqanları tərəfindən taxıl sahələrini biçindən sonra yandıranlara qarşı ciddi tədbirlər görülür
Hüquq-mühafizə orqanları tərəfindən taxıl sahələrini biçindən sonra yandıranlara qarşı ciddi tədbirlər görülür
11.08.2018 [09:58]
Son günlər əkin sahələrini yandıran 15 nəfər inzibati qaydada həbs edilib, daha 17 nəfər barəsində isə digər inzibati cəza tədbirləri həyata keçirilib
Taxıl sahələrində məhsul yığıldıqdan sonra kövşənliyin yandırılması hallarına son zamanlar olduqca çox rast gəlinir. Belə halların baş verməsi, şübhəsiz ki, ilk növbədə müəyyən fəsadların meydana çıxmasına səbəb olur. Belə ki, bu addım ekoloji və aqrotexniki qaydalar baxımından olduqca zərərlidir, torpağın münbitliyinin azalmasına, mikroflorasının və üzvi maddələrin məhv olmasına gətirib çıxarır, həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 30 faizə qədər azaldır. Ekspertlər qeyd edirlər ki, torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Ona görə də taxıl sahələrinin yandırılması qəbuledilməzdir. Biçindən sonra yandırılma torpaqda üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə və bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına səbəb olur. Yəni zəmilərin biçilməsindən sonra sahələrdəki kövşənlərin yandırılması nəinki məhsuldarlığın artmasına mənfi təsir göstərir, hətta flora və faunaya ciddi zərbə vurur.
Şübhəsiz ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu əməli törədənlər qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Qeyd etmək lazımdır ki, 2017-ci il dekabrın 15-də “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerinin yandırılması qadağan olunub. Burada məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə zərər vurulmasının qarşısını almaq və kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir.
Yeri gəlmişkən, Azərbaycanda taxıl biçinindən sonra sahələrə od vuranlara, habelə yüksək gərginlikli elektrik xətlərinin altında əkin sahələrini yandıraraq bu xətlərə təhlükə yaradanlara, o cümlədən meşə sahələrində yanğınlara səbəb olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər görülür. Hüquq-mühafizə orqanlarından verilən məlumatlara görə, son günlər biçilmiş taxıl sahələrini və digər əkin sahələrini yandıran 15 nəfər inzibati qaydada həbs edilib, daha 17 nəfər barəsində isə digər inzibati cəza tədbirləri görülüb. Məlumatda deyilir ki, əkin sahələrində, meşəlik ərazilərdə yanğınların törədilməsinə qarşı mübarizə qanunvericiliyin tələbləri əsasında sərtləşdirilib. Bundan sonra da belə əməllər törədənlər barəsində cəza tədbirləri görüləcək. Avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində isə 2 hektar biçilmiş taxıl sahəsində küləş yanmışdır. Yanğın söndürülmüş, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınmışdır. Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.
Qeyd edək ki, ötən il İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə əsasən, əkin sahələrinin yandırılmasına qarşı cəzalar sərtləşdirilib. Əkin yerlərinin yandırılmasına görə fiziki şəxsləri 400 manatdan 600 manata qədər, vəzifəli şəxsləri 1500 manatdan 2000 manata qədər, hüquqi şəxsləri isə 5000 manatdan 6000 manata qədər cərimə cəzası gözləyir.
NURLAN
Xəbər lenti
Hamısına baxSiyasət
01 May 15:22
Hadisə
01 May 15:12
Dünya
01 May 15:09
MEDİA
01 May 15:06
Xəbər lenti
01 May 15:03
Xəbər lenti
01 May 14:53
Xəbər lenti
01 May 14:51
Xəbər lenti
01 May 14:40
Xəbər lenti
01 May 14:35
Xəbər lenti
01 May 14:20
Xəbər lenti
01 May 14:08
Asiya
01 May 14:06
İqtisadiyyat
01 May 14:00
Xəbər lenti
01 May 13:41
Xəbər lenti
01 May 13:32
Xəbər lenti
01 May 13:04
Xəbər lenti
01 May 12:59
Xəbər lenti
01 May 12:45
Xəbər lenti
01 May 12:21
Siyasət
01 May 11:59
Xəbər lenti
01 May 11:57
Xəbər lenti
01 May 11:53
Xəbər lenti
01 May 11:49
Gündəm
01 May 11:45
Xəbər lenti
01 May 11:34
Xəbər lenti
01 May 11:33
Xəbər lenti
01 May 11:23
Xəbər lenti
01 May 11:21
Siyasət
01 May 11:19
Maraqlı
01 May 11:05
Gündəm
01 May 11:04
Sosial
01 May 11:01
Xəbər lenti
01 May 10:59
Xarici siyasət
01 May 10:54
Xəbər lenti
01 May 10:52
Xəbər lenti
01 May 10:51
Analitik
01 May 10:50
Ədəbiyyat
01 May 10:46
Siyasət
01 May 10:45
Siyasət
01 May 10:40
MEDİA
01 May 10:40
Siyasət
01 May 10:36
Xəbər lenti
01 May 10:36
Xəbər lenti
01 May 10:34
Xəbər lenti
01 May 10:33
İqtisadiyyat
01 May 10:30
Xəbər lenti
01 May 10:25
Siyasət
01 May 10:19
İqtisadiyyat
01 May 10:17
Siyasət
01 May 10:10
Gündəm
01 May 10:06
Gündəm
01 May 10:00
Gündəm
01 May 09:50
Xəbər lenti
01 May 09:28
Xəbər lenti
01 May 09:24
Xəbər lenti
01 May 00:38
Gündəm
30 Aprel 21:27
Xəbər lenti
30 Aprel 19:53
Xəbər lenti
30 Aprel 19:38
Din
30 Aprel 19:09
Siyasət
30 Aprel 18:50
Xəbər lenti
30 Aprel 17:36
Xəbər lenti
30 Aprel 17:04
Xəbər lenti
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:21
Gündəm
30 Aprel 16:19
İdman
30 Aprel 15:55
Xəbər lenti
30 Aprel 15:40
YAP xəbərləri
30 Aprel 15:27
Xəbər lenti
30 Aprel 15:17
E-qəzet
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |