1 may niyə və necə qeyd edilirdi?
01.05.2024 [11:01]
Beynəlxalq Əmək Günüdür
Bu gün yorulmadan çalışan, əziyyət çəkən zəhmətkeşlərin bayramıdır. Mayın 1-i bir çox ölkələrdə “Beynəlxalq zəhmətkeşlər bayramı” kimi qeyd olunur. 1 May vaxtilə keçmiş Sovet İttifaqında xüsusi təntənə ilə qeyd olunduğundan demək olar ki, proletariatın bayramı kimi təqdim edilirdi. Lakin bu bayram bir çox ölkələrdə də qeyd olunur.
Ayrı-ayrı dövrlərdə 1 May bayramı fərqli adlar daşıyıb: Dünya Fəhlələrinin Həmrəylik günü, Dünya Zəhmətkeşlərinin Həmrəylik günü, Əmək günü, Beynəlmiləlçilik günü, Əmək və Bahar günü və s.
Yeri gəlmişkən, 1 May bayramı ilə bağlı ayrı-ayrı ölkələrdə zaman-zaman yeni ənənələr də yaranıb. Məsələn, həmin gün Fransada qızlara zanbaq gülü hədiyyə edilir. İtaliyada isə gül festivalı keçirilir. Almaniyada bayram münasibətilə yarmarkalar açılır. Həmin yarmarkalarda sakinləri rəqs və digər əyləncələrlə qarşılayırlar. İsveçdə isə mayın 1-də isveçlilər evdən çıxardıqları tullantıları yandırırlar.
SSRİ dağıldıqdan sonra Rusiyada bu bayram Əmək və bahar bayramı, Finlandiyada tələbələrin bahar karnavalı kimi qeyd edilir. 1996-cı ildən Qazaxıstanda 1 ?ay tarixi xalqın birlik bayramı elan olunub. İngiltərədə həmin gün milli paltar geyinən sakinlər rəngli lentlər bağlanmış dirəklərin ətrafında rəqs edərək dünyaya sülh və əmin-amanlıq arzulayırlar. Belarusda, Qırğızıstanda, Çində, Şri-Lankada 1 May bayramı əmək bayramı adı ilə qeyd olunur.
Bayramın tarixi haqda nələri bilirik?
Qeyd edək ki, ilk dəfə 1856-cı ildə Avstraliyada 8 saatlıq iş gününün tətbiq edilməsi ilə bağlı bayramın qeyd olunması ortaya çıxıb. Bu ölkədə yerli işçilər artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara alıblar. Bununla da proletar bayramı ortaya çıxıb, daha sonra digər ölkələrə yayılıb və getdikcə bütün proletar dünyasını fəth edib. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarlayıb. Belə ki, 1 ?ay 1886-cı ildə, demək olar ki, bütün sənaye mərkəzlərində - Nyu-York, Çikaqo, Filadelfiya və Baltimorda 200 mindən çox işçi boykota başlayıb. Çikaqoda 80 min fəhlə haqları olan “8 saatlıq iş günü” tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirib.
Ümummilli boykotun və aksiyaların yayılmasından qorxan sahibkarlar silahlı əsgərlərlə yanaşı, həm də casus provakatorlar tutaraq hücuma keçib. 3 may günü “McCormic” fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açılıb və bir işçi öldürülüb. İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəliblər.
4 may günü işçilər daha güclü bir mitinq təşkil ediblər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girib. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşüb. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrilib. İşçilər güllə yağışına tutulublar. 4 işçi və 7 polis ölüb, onlarla işçi isə yaralanıb. Həmkarlar ittifaqlarının sədrləri və işçi hərəkatının 8 lideri tutulub.
Məhkəmədən sonra fəhlə hərəkatının liderlərindən olan 4 şəxs - Avgust Spies, Albert Parsons, Corc Engel və Adolf Fişer edama məhkum ediliblər.
1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edilib. Hər ilin 1 ?ay tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alınıb. Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına - Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirirlərdi.
1 Mayı hansı ölkələr kütləvi şəkildə qeyd edir?
Hazırda dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. Onların arasında Rusiya, İspaniya, Portuqaliya, Yunanıstanı qeyd etmək olar. Xüsusən də Çin, Şimali Koreya, Vyetnam, Kuba, Venesuela, Bolivyada bu bayram kütləvi şəkildə qeyd olunur. ABŞ və Yaponiyada 1 may bugünkü tarixdə deyil, başqa təqvimdə qeyd edilir.
Əksər 1 May nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılır. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25

