Tam Yeni Nissan Pathfinder artıq Azərbaycanda
22.05.2013 [09:25]
Nissan-ın SUV seqmentinin yeni nəslinin aparıcı xüsusiyyətlərini – dinamik dizayn, yüksək səviyyəli komfort, ağıllı texnologiya və innovasiyalar, habelə yanacaq sərfiyyatında kifayət qədər qənaətcilliyi özündə cəmləyən Tam Yeni Nissan Pathfinder 2013 modeli artıq Azərbaycandadır.
Zəngin ənənəyə malik Pathfinder-in yenilənmiş 4-cü nəslinin nümayəndəsinin təqdimatı ilə Nissan dizaynerləri 7 oturacaqlı geniş salonu və əraziyə uyğun idarəetmə rejiminin seçim imkanına malik sürmə sisteminə malik, bugünə kimi görünməmiş premium üslublu komfort, yanacağa qənaət və ağıllı texnologiyaları ilə seqmentinin lideri olmağa iddialı avtomobil ərsəyə gətiriblər.
Tam Yeni Pathfinder 2013 Nissan sıralarına Yaxın Şərqdə SUV krossoverlərinə tələbatın xeyli artdığı bir vaxtda daxil olur. Multifunksiyalılığı ilə seçilən bu avtomobil öz seqmentində yerini möhkəmləndirəcəyinə və lider mövqeyə yüksələcəyinə əmindir. Seqmentinin ən yaxşı və unikal xüsusiyyətlərinə sahib olması Nissan Pathfinder haqqında bu fikri əminliklə deməyə əsas verir:
- Tam çevrəni görmək üçün kameralar və monitor
- Mühərrikin uzaqdan işə salınması
- 3 zonalı Klimat Kontrol
- 3 zonalı DVD əyləncə sistemi
- Audio sistemlə əlaqə multimedia paketi
- Bluetooth, Hand free telefon sistemi
- 8 düymlü rəngli sensor ekranlı gücləndirilmiş Naviqasiya
- 12 dinamikə malik BOSE premium audio Sistem, I-Pod əlaqə, 9GB musiqi qutusu
- Sinfinin ən rahat və 3 cərgə oturacağa malik geniş interyeri
- 3.5 litrlik DOHC, V6 mühərrik
- Əvvəlkinə nisbətən yanacağa 30 % qənaətcil yeni nəsil X-Tronic Pilləsiz (CVT) transmissiya
- Əvvəlki nəslə nisbətən 13 % daha çox sürətlənmə
- Yol şəraitinə görə tənzimlənən All-Mode 4x4 sistemi
Dinamik Dizayn - Çəkisinin azaldılması ilə Tam Yeni Pathfinder-in yeni gövdə platforması dizaynerlərə tavanında və yük tutumunda heç bir itkiyə yol vermədən daha aerodinamik eksteryer yaratmaq imkanı verib. Yuxarıya doğru hərəkət etdikcə yeni eksteryer Nissana məxsus xüsusiyyətlər ilə dinamik dizaynın ağıllı birləşməsini təqdim edir. Avtomobil atletik diskləri, güclü və təmkinli duruşu ilə macəraya tam hazır görünüşə malikdir. Dual Panoramic Moonroof sistemi ilə tamamlanan geniş pəncərəli salonun yuxarı hissəsinin xüsusiyyətləri Tam Yeni Pathfinder modelinin açıq, havalı interyer mühitini genişləndirir.
Seqmentinin aparıcı komfortu – Tam Yeni Pathfinder sahibinə müasir krossover ilə geniş SUV rahatlığının vəhdətini vəd edir. 3 cərgəli rahat dəri oturacaqlar, ön oturacaqların ventilyasiyası, qızdırılması və soyudulması funksiyası, sensor ekranlı Gücləndirilmiş Naviqasiya Sistemi, 12 dinamikli Bose Audio sistemi, Bluetooth, Hands-Free telefon sistemi Tam Yeni Nissan Pathfinder-in seqmentinin ən komfortlu avtomobili olmasını təmin edir. Seqmentində ekskluziv olan Tam Çevrəni Görmə kameraları və monitor sürücüyə 360 dərəcədə avtomobilin ətafını görmə şəraiti yaradır. Alətlər panelində ilk diqqət çəkən 4 düyümlü LCD rəngli monitor və 3D effect qrafikindən istifadə edərək əsas informasiyaları bir başa sürücünün gözü önünə gətirən Bort Kompüterdir. Alətlər panelinə həmçinin çoxfunksiyalı IT displey sistemi, mövcud Nissan Naviqasiya sistemi, Bluetooth vasitəsiylə keçici audio və arxa görünüşlü monitor daxildir. Salonun funksionallığını və komfortunu 3 zonalı avtomatik Klimat Kontrol, Bluetooth Hand-Free Telefon Sistemi, elektrikli arxa baqaj qapısı, I-Pod bağlantı və 2-ci sıra oturacaqların başaltlıqlarına yerləşdirilmiş DVD ekranlı 3 zonalı əyləncə sistemi tamamlayır.
Qənaətcillik: Tam yeni Nissan Pathfinder-in mühərriki və CVT kombinasiyası əvvəlki nəsillərə görə sürətlənməni 13% daha da yaxşılaşdırır və yanacağa 30% qənaət edir. 3.5 litrlik DOHC V6 mühərriki yeni nəsil X-Tronic Pilləsiz (CVT) transmissiyası ilə tandemdə çalışır. Tam yeni Nissan Pathfinder sinfində seçilmiş 2WD, Auto və All mode 4x4 sistemi üçün səciyyəvi mövcud Blok rejimli yeganə modeldir. Seqmentində ən yaxşı standart 5000 kq-a qədər yedək tutumu ilə Tam Yeni Pathfinder həmçinin qayıq, xizək, qoşqu və istirahət üçün başqa alətlərin daşınması funksiyasını qoruyub saxlamışdır.
“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2, Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 5 il müddətinə və ya 155.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.
“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.
NISSAN getdiyin yolları_DƏYİŞ
Əlavə məlumat üçün ünvanlar və telefonlar:
Poçt indeksi: AZ 1029
Ünvanlar: Bakı şəhəri, Babək pr. 31, Salamzadə küç.2
Telefonlar: (+994 12) 448 38 38, 430 90 90
Faks: (+994 12) 447 46 87
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon: (+994 22) 256 57 00
Şəki şəhəri, M.Ə.Rəsulzadə küç.2
Telefon: (+994 44) 277 13 97
Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon: (+994 25) 254 24 18
Quba şəhəri, H.Əliyev pr. 33-cü məhəllə
Telefon: (+994 23) 335 61 57
E-mail: info@nurgunmotors.az
Rəsmi sayt: www.nissan.az
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

