/ / Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər
11.09.2024 [22:56]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Yeniazerbaycan.com xəbər verir ki, alimlərin işğaldan azad olunmuş Xankəndiyə səfəri zamanı oxunan müraciətində deyilir:
"Hörmətli cənab Prezident!
Dünyanın müxtəlif ölkələrində yaşayıb-çalışan azərbaycanlı alimləri birləşdirən təşkilatımız doğma Vətənimizin yüksəlişlərini daim diqqətlə izləyir, böyük Zəfərə imza atmış dövlətimizin və xalqımızın uğurlarına qəlbən sevinirik. Biz, Vətənimizdən kənarda fəaliyyət göstərsək də, hər zaman və hər yerdə Ulu Öndərimiz Heydər Əliyevin bu möhtəşəm sözlərini xatırlayırıq: “Azərbaycan torpağının hər guşəsi hər bir azərbaycanlı üçün əzizdir”. Dünyanın ayrı-ayrı ölkələrində, fərqli elm sahələrində işləyən araşdırıcılarımızı qovuşduran Dünya Azərbaycanlı Alimlər Birliyinin başlıca məqsədi Vətənimizin inkişaf və tərəqqisinə mümkün köməklərimizi göstərməkdir.
Bu gün, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun son günündə, işğaldan azad edilmiş müqəddəs Azərbaycan torpağı Qarabağda olarkən, qalib xalqımızın və onun müzəffər Ali Baş Komandanının, Vətənimizin müdafiəçisi və xilaskarı qarşısında inanılmaz xoşbəxtlik və qürur hissi keçirdiyimizi Sizə və bütün dünyaya bildirməkdən məmnunluq duyuruq. Torpağımızın hər qarışının azad edilməsi uğrunda xalqımızın çəkdiyi əzabları və verdiyi qurbanları daim xatırlayır, şəhidlərimizə Allahdan rəhmət və qazilərimizə can sağlığı arzulayırıq.
Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər kimi, Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını əmin edirik ki, elm və texnologiya, energetika, təhsil, səhiyyə, sosiologiya və mədəniyyət sahələrində Vətənin strateji planlarının hazırlanması və həyata keçirilməsi naminə əzmlə səy göstərəcəyik.
Cənab Prezident! Şanlı silahlı qüvvələrimizin Ali Baş Komandanı olaraq xalqımızı zəfərə qovuşdurduğunuz, torpağımızın ərazi bütövlüyünü bərpa etdiyiniz, vətənimizin tam suverenliyini təmin etdiyiniz üçün daim Sizə minnətdarıq.
Sizin müdrik və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan Respublikasının siyasi, iqtisadi, elmi-mədəni istiqamətdə gələcəkdə daha böyük müvəffəqiyyətlər qazanacağına əminliklə biz də ümumi tərəqqimizə töhfələrimizi verməyə hazırıq. İnanırıq ki, müasir elmi biliklərə və geniş təcrübəyə malik olan, vətənimizi dərin məhəbbətlə sevən və siyasi xəttinizi daim dəstəkləyən ziyalılarımız ümummilli mənası olan böyük işlərdə Sizin yardımçınıza çevrilə biləcəkdir.
Bu gün, Xankəndidə hər birimiz, ulu öndərimizin bu ölməz sözlərini sevinc göz yaşları ilə bir daha təkrar edirik: “Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, belə bir millətim var!”
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

