/ / Beynəlxalq Diaspor Mərkəzi Belarusda Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan tədbirlər keçirib
Beynəlxalq Diaspor Mərkəzi Belarusda Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan tədbirlər keçirib
26.10.2016 [09:57]
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Belarus Respublikasında tədbirlər həyata keçirib. Yanki Kupala adına Qrodno Dövlət Universitetində keçirilən tədbirdə öncə “Nezavisimiy Azerbaycan - 25” adlı film nümayiş etdirilib. Tədbirdə çıxış edən BDM sədri İsmayıl Ağayev, təşkilat sədrinin birinci müavini Samir Adıgözəlli, eləcə də Qrodno Azərbaycanlıları Konqresinin sədri Namiq Vəliyev və sədr müavini Arif Xudayarov Azərbaycanın müstəqillik tarixi və siyasi-iqtisadi inkişafından danışıblar. Daha sonra universitetin birinci prorektoru İrina Kiturko, hüquq fakültəsinin dekanı Svetlana Çeburanova, iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini İosif Dvornyak, tarix və turizm fakültəsinin dekan müavini Viktor Belozoroviç, beynəlxalq əlaqələr şöbəsinin rəisi Olqa Minova və başqaları çıxış edərək Belarusla Azərbaycan arasındakı xoş münasibətlər və təhsil sahəsində əməkdaşlıq haqqında fikirlərini bölüşüblər. Tədbirdə çıxış edən azərbaycanlı tələbələr də universitet haqqında xoş təəssüratlarını dilə gətiriblər.
Bu silsilədən növbəti tədbir isə Baranoviç Dövlət Universitetində baş tutub. Tədbirdən öncə universitetin rektoru, professor Vasili Koçurko və BDM nümayəndə heyəti arasında görüş keçirilib. Daha sonra tədbiri giriş sözü ilə açan universitetin birinci prorektoru Aleksandr Unsoviç Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə universitet adından Azərbaycan xalqını təbrik edib. Çıxış edən BDM sədri İsmayıl Ağayev tədbirin keçirilməsinə şərait yaratdığı üçün universitet rəhbərliyinə minnətdarlığını bildirib, Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü və Belarus-Azərbaycan münasibətləri haqqında geniş məruzə ilə çıxış edib. Görüşdə BDM tərəfindən hazırlanmış “Nezavisimiy Azerbaycan - 25” adlı film nümayiş olunub.
Qeyd edək ki, keçirilən tədbirlərdə BDM tərəfindən hazırlanmış xatirə hədiyyələri hər iki universitetin rəhbərliyinə təqdim olunub. Bununla yanaşı, bukletlər, filmlər, kitablar və digər hədiyyələr universitetlərin müəllim və tələbə heyətinə paylanılıb. Səfər müddətində BDM nümayəndə heyəti Qrodno Azərbaycanlıları Konqresində və Minskdə diaspor fəalları ilə görüşlər keçirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Siyasət
08 İyun 18:25
Mədəniyyət
08 İyun 17:53
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
Siyasət
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30

