/ / Diasporla İş üzrə Dövlət Komitəsi və Stokholmdakı Biznes Tarixi Mərkəzi arasında əməkdaşlıq layihələri müzakirə edilib
Diasporla İş üzrə Dövlət Komitəsi və Stokholmdakı Biznes Tarixi Mərkəzi arasında əməkdaşlıq layihələri müzakirə edilib
09.11.2018 [11:13]
İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb. Komitədən qəzetimizə verilən məlumata görə, görüşdə İsveçlə Azərbaycanı bağlayan ticarət və biznes əlaqələrinin tarixi ilə yaxından tanış olaraq bu əlaqələrin öyrənilməsi üçün birgə elmi layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.
Əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinə Stokholmdakı Biznes Tarixi Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəz İsveçdə fəaliyyət göstərmiş və bu gün də mövcud olan şirkətlərin fəaliyyətini əks etdirən tarixi sənədləri və əşyaları qoruyub saxlayır. Mərkəz 7 mindən çox şirkətin arxivlərini qoruyur və bu məlumatlardan istifadə edərək müxtəlif kitablar və məlumatlar hazırlayır.
İsveçin Azərbaycanla tarixi əlaqələrindən söz açan mərkəzin rəhbəri Aleksandr Husebye Nobel qardaşlarına məxsus olmuş neft şirkətinin ölkəmizdə fəaliyyətindən danışıb, bu fəaliyyətin kifayət qədər öyrənilməməsinin təəssüf doğurduğunu bildirib. “Biz Nobel qardaşları haqqında kitab yazırıq və bu kitabda onların Azərbaycanda həyata keçirdikləri işlər və qoyduqları tarixi iz haqqında məlumat veriləcək. Bunun üçün alimlərimiz Azərbaycana da səfər edib və oradakı tarixi sənədlərlə tanış olublar”, - deyə o bildirib. Aleksandr Husebye kitabın 2020-ci ildə işıq üzü görəcəyini vurğulayaraq onun ölkəmizdə də maraqla qarşılana biləcəyini qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyəti, İsveçə səfəri haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycan İsveçlə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün elmi və tarixi araşdırmalar böyük maraq doğurur.
Nobel qardaşlarının neft hasilatı və emalı üzrə şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan komitə sədri bu barədə kitabların yazıldığını, hətta filmin də çəkildiyini vurğulayıb. O, Stokholmdakı Biznes Tarixi Mərkəzi tərəfindən Nobel qardaşlarının Azərbaycandakı həyatını əks etdirən ayrıca kitabın tərtibinin əhəmiyyətini qeyd edib, azərbaycanlı və isveçli alimlərin bununla bağlı birgə işinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi və Stokholmdakı Biznes Tarixi Mərkəzi arasında əməkdaşlıq layihələri müzakirə olunub, birgə işin həyata keçirilməsi üçün danışıqların başlanması qərarı verilib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

