“Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər”
24.12.2024 [09:04]
Azərbaycan Din Xadimlərinin Forumu keçirilib
Dekabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçirilib. Forumda dövlət qurumlarının rəsmi şəxsləri, ilahiyyatçı alim və mütəxəssislər, eləcə də respublikamızın müxtəlif regionlarından gələn fərqli konfessiyalara mənsub 100-dən çox din xadimi iştirak edib. Forum dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədi daşıyır.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forumun iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə Azərbaycan Respublikası ərazisindəki dini ibadət yerləri, ziyarətgahlar, qəbiristanlıqlar, ixtisaslaşdırılmış satış məntəqələri, ölkədə fəaliyyət göstərən din xadimləri haqqında informasiya bazasının sistemləşdirilmiş formada toplandığı vahid elektron xidmətlər portalı olan AMİN (Azerbaijan Multicultural Information Network) layihəsinin videotəqdimatı keçirilib.
Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan müxtəlif etnik və dini icmaların birgə yaşadığı, ortaq dəyərləri bölüşdüyü, sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan unikal məkandır. Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli tarixi ənənələrə və ümumbəşəri dəyərlərə istinad edir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin mərkəzində dini, etnik mənsubiyyət deyil, insan amili dayanır.
Onun sözlərinə görə, dövlətimizi güclü edən əsas amillərdən biri, heç şübhəsiz, multikultural ənənələrimizlə yanaşı, milli-mənəvi dəyərlərimizi qorumağımızdır. Komitə sədri qeyd edib ki, azərbaycanlıların təfəkküründə, tarixi yaddaşında digər xalq və inanclara dözümsüzlük təcrübəsi yoxdur. Bizim üçün etnik və dini müxtəliflik ayırıcı xətt deyil, birləşdirici, qarşılıqlı dialoqu təşviq edən faktordur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə deyib ki, dünyanın gərgin siyasi mənzərəsi fonunda Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür: “Bu, Azərbaycan Prezidentinin müdrik daxili və uzaqgörən xarici siyasətinin bəhrələridir. Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti, dinlərarası əməkdaşlıq, məzhəblərarası anlaşma mühiti ilə bağlıdır”.
Onun sözlərinə görə, ölkə rəhbərinin qlobal ideya və insan həmrəyliyinə xidmət edən müdrik təşəbbüslərinin təbliği yönündə din xadimlərinin fəallığı, cəmiyyətin həyatında yaxından iştirakı önəmli məsələlərdəndir: “Azad olunmuş torpaqlarımızda yenidən inşa olunmuş məscidlərimizdə ucalan azan səsləri qürur mənbəyimizdir. Eyni zamanda, ölkəmiz dünyada dinlərarası və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik dövlət kimi tanınır və təqdir edilir”.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Azərbaycan bütün dünyaya həm dini tolerantlıq, həm də multikulturalizmin mərkəzi kimi təqdim edilir. O qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda bütün sahələrdə, xüsusilə suverenliyin və ərazi bütövlüyünün tam təmin olunması ilə tarixi nailiyyətlər əldə edilib.
Əli Əhmədov bu reallıqlar fonunda dini baxışların və insanların dinə münasibəti sayəsində Azərbaycanın transformasiya dövrünü yaşadığını diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli isə qedy edib ki, dünya ölkələrində gedən proseslər aydın şəkildə göstərir ki, sabitliyin və mənəvi kamilliyinin təmin olunmasının əsas amilləri içərisində din xüsusi əhəmiyyətə malikdir. Harada ki, bu proses dövlət səviyyəsində tolerant, multikultural baxışlarla təmin olunur, həmin cəmiyyətlərdə bütövlük var, inkişaf var.
Akademik deyib ki, Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri Azərbaycan cəmiyyətinin bütövlüyünə, ölkəmizdə dini tərbiyənin əsaslarına, mənəvi kamilləşmənin mühüm prinsiplərindən birinə çevrilib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan yeni cəmiyyətin və Azərbaycanın bütövlüyünün təmin olunmasının əsas amillərindən biri kimi məhz ölkədə aparılan düzgün dövlət-din siyasəti həlledici rol oynayıb.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, dünyanın coğrafi, geosiyasi, iqtisadi, xüsusilə də insan resursları ilə zəngin olan əhəmiyyətli bir coğrafiyasında yerləşən Azərbaycanın milli-mənəvi və dini-mədəni irsi qədim tariximizə və ənənələrimizə söykənir: “Ölkəmizdə müxtəlif dinlər və konfessiyalara məxsus xalqlar və etnik qruplar daim sülh şəraitində yaşayıb və bu əsasda formalaşmış birgəyaşayış modelinin özünəməxsus unikallığı qorunub saxlanılıb. Bu isə öz növbəsində bizim malik olduğumuz və haqlı olaraq hər zaman qürur duyduğumuz multikulturalizm və tolerantlıq dəyərlərinin əsasını təşkil edib”.
Komitə sədri deyib ki, Azərbaycan dövlətinin əsaslandığı dünyəvilik prinsipləri milli və dini dəyərlərin əhəmiyyətini xüsusi vurğulamaqla onu həyatımızın əsas məzmunu, ailə institutunun isə dayağı kimi müəyyən edir. “Bu baxımdan Azərbaycan ailə modeli də milli identikliyin və dini dəyərlərin üzərində qurulub. Bu dəyərlərin düzgün təbliği isə ailə institutunu hər cür kənar təsirlərdən qoruyur. Odur ki, dini maarifləndirmə işi yalnız dini icmalar və ibadət ocaqları ilə məhdudlaşmayaraq müvafiq dövlət orqanlarının da fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir”, - deyə B.Muradova vurğulayıb.
Tədbirdə digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbir çərçivəsində, həmçinin “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusuna həsr olunan fotosərgi nümayiş etdirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 Yanvar 18:27
Siyasət
13 Yanvar 18:03
YAP xəbərləri
13 Yanvar 18:01
YAP xəbərləri
13 Yanvar 17:36
YAP xəbərləri
13 Yanvar 17:35
YAP xəbərləri
13 Yanvar 17:32
YAP xəbərləri
13 Yanvar 17:32
Dünya
13 Yanvar 17:22
Xəbər lenti
13 Yanvar 17:13
YAP xəbərləri
13 Yanvar 15:55
YAP xəbərləri
13 Yanvar 15:54
YAP xəbərləri
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:52
Dünya
13 Yanvar 15:27
Siyasət
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:45
Sosial
13 Yanvar 14:39
Hadisə
13 Yanvar 14:28
Gündəm
13 Yanvar 14:15
Gündəm
13 Yanvar 12:27
Dünya
13 Yanvar 12:16
Elm
13 Yanvar 12:13
Dünya
13 Yanvar 12:03
Sosial
13 Yanvar 11:36
Sosial
13 Yanvar 10:59
Hadisə
13 Yanvar 10:54
Dünya
13 Yanvar 10:53
Dünya
13 Yanvar 10:44
Dünya
13 Yanvar 10:35
Hadisə
13 Yanvar 10:16
Dünya
13 Yanvar 10:12
İqtisadiyyat
13 Yanvar 10:11
Dünya
13 Yanvar 09:51
Sosial
13 Yanvar 09:32
Dünya
13 Yanvar 09:18
Dünya
13 Yanvar 08:57
Sosial
13 Yanvar 08:35
Dünya
12 Yanvar 23:55
Hadisə
12 Yanvar 23:15
Dünya
12 Yanvar 22:41
Dünya
12 Yanvar 22:18
Dünya
12 Yanvar 21:57
İdman
12 Yanvar 21:15
Dünya
12 Yanvar 20:43
Hadisə
12 Yanvar 20:25
Dünya
12 Yanvar 19:52
İdman
12 Yanvar 19:16
Siyasət
12 Yanvar 18:50
İdman
12 Yanvar 18:10
Xəbər lenti
12 Yanvar 17:50
Dünya
12 Yanvar 17:15
Xəbər lenti
12 Yanvar 16:54
Hadisə
12 Yanvar 16:10
Dünya
12 Yanvar 15:50
Dünya
12 Yanvar 15:15
Xəbər lenti
12 Yanvar 14:50
Xəbər lenti
12 Yanvar 14:38
Dünya
12 Yanvar 13:52
Dünya
12 Yanvar 13:17
Dünya
12 Yanvar 12:45
Dünya
12 Yanvar 12:16
Dünya
12 Yanvar 11:47
Hadisə
12 Yanvar 11:23
İdman
12 Yanvar 10:51
Dünya
12 Yanvar 10:19
Hadisə
12 Yanvar 09:48
Dünya
12 Yanvar 09:12
Siyasət
12 Yanvar 08:31
Hadisə
11 Yanvar 23:42
İdman
11 Yanvar 23:16