Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
15.09.2024 [14:42]
Çində ilin ən güclü qasırğası olan “Yaqi”nin fəsadları aradan qaldırılmamış ölkə daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır.
AZƏRTAC xəbər verir ki, Çinin meteorologiya mərkəzi qarşıdakı saatlarda “Bebinka” qasırğasının saatda 30-35 kilometr sürətlə ölkənin cənub-şərq sahillərinə yaxınlaşacağını açıqlayıb. Ölkənin Su Ehtiyatları Nazirliyi qasırğanın gətirəcəyi şiddətli yağışlarla əlaqədar Şanxay şəhərində, Ciansu, Cıcian və Anhuy vilayətlərində sel və daşqın xəbərdarlığı elan edib. Güclü yağışlar səbəbindən kiçik və orta çaylarda suyun səviyyəsinin təhlükəli həddə çatacağı gözlənilir. Müvafiq qurumlara, həmçinin əhaliyə sel və daşqınların infrastruktura, evlərə, əkin sahələrinə vura biləcəyi zərərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək tövsiyə olunub.
“Bebinka”nın Çində payız festivalı tətili günlərinə (15-17 sentyabr) təsadüf etməsi milyonlarla insanın səyahət və istirahət planlarını poza bilər. Şanxay şəhərində sentyabrın 15-i günortadan etibarən gəmi səfərləri təxirə salınıb. Bundan başqa, bəzi aviasiya şirkətləri Şanxay hava limanlarında yerinə yetirilməli olan uçuşları ləğv edib, digərləri isə sərnişinlərə biletləri cəriməsiz geri qaytarmaq imkanı yaradıb. Şanxaydan Kunmin və Nannin şəhərləri istiqamətlərində qatarların hərəkəti dayandırılıb, Disneylənddə açıq hava fəaliyyətləri və axşam proqramları ləğv edilib.
Qeyd edək ki, ilin 11-ci qasırğası olan “Yaqi” sentyabrın əvvəlində ölkənin cənubundakı Haynan adasında, eyni zamanda, Quandon əyalətində ciddi dağıntılara və zərərə səbəb olmuşdu. Əhali arasında tələfatın qarşısını almaq üçün qasırğadan əvvəl bir milyondan çox sakin təxliyə edilmişdi.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

