Harris-Tramp yarışı...
25.09.2024 [08:43]
Eks prezident az pul xərcləsə də...
Sorğuların nəticələri şübhə altındadır
ABŞ-da noyabrın 5-də baş tutacaq prezident seçkiləri beynəlxalq gündəmin əsas məsələlərindən biridir. Artıq media, siyasət və vətəndaş cəmiyyəti institutları ilə yanaşı beynəlxalq sorğu agentlikləri də məsələ ilə yaxından maraqlanırlar. Bunun nəticəsidir ki, seçkiyə bir aydan bir az çox vaxt qaldığı halda, artıq bir sıra reytinq agentlikləri seçkidəki şansların qiymətləndirilməsini aparır.
Xatırladaq ki, noyabrın 5-də baş tutacaq seçki prosesində ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə hazırki vitse-prezident Kamala Harris “üz-üzə” gələcək.
Debatdan sonra...
Bəli, seçki günü yaxınlaşdıqca, aparılan təbliğat kampaniyalarının Ağ Ev uğrunda yarışa hansı dərəcədə təsir etməsi aparılan sorğularla müəyyənləşməkdədir. Son dövrlərə qədər sorğuların əksəriyyətində eks-prezident Trampın üstünlüyü açıq şəkildə görünürdü. Hətta bəzi ştatlarda bu fərq on faizlər baryerinə qədər uzanmışdı. Son proseslər, xüsusilə Pensilvaniyada keçirilən ikili debatın ardından şanslar dmək olar ki, bərabərləşib. Demokrat namizəd Kamala Harris ABŞ-ın reytinq təşkilatlarının sorğularında öz rəqibinə yaxınlaşıb. Baydenin seçki yarışından çəkilməsi qərarı ilə marafona qoşulan Harris öz şanslarını bir az artırmış kimi görünür. Qeyd edək ki, sentyabrın 10-da hər iki namizəd Pensilvaniyada 67 milyondan çox insanın baxdığı teledebatda üz-üzə gəlmişdi. Bu debatın ardından harris öz rəqibinə bir az daha yaxınlaşa bilib.
Sorğuların aldadıcı olma ehtimalı...
Bəzi reytinq təşkilatları debatdan öncə Trampın şanslarının Harrisə nisbətdə mühüm səs faizi fərqi ilə böyük olduğunu yazırdı. Sonradan səs faizinin dəyişməsində maraqlı bir “nüans” var - bu sorğullar hər bir ştatda cəmisi bir neçə yüz seçici arasında keçirilir və seçilən kontingent hansı namizədə dəstək verirsə, məhz həmin namizədin şansları daha yüksək “sayılır” - amma bunun ilk baxışdan aldadıcı olma ehtimalı çox böyükdür. Məsələn, bəzi ştatlarda Harrisin şanslarının Trampın səs fazinə yaxınlaşması ABŞ sosioloqları tərəfindən qeyri-ciddi sayılır. Onların fikrincə cəmi 10 gün ərzində Harris bu qədər yüksələ bilməzdi - demək ki, “reytinq şirkətləri” sorğu apararkən təxmini də olsa demokratların tərəfdarlarını “seçiblər”. Sosioloqlar iddia edirlər ki, ABŞ-ın 50 ştatının əksəriyyətində seçici kontingenti demək olar dəyişməzdir - bu ştatın seçiciləri demək olar ki, hər seçkidə eyni partiyanın namizədini dəstəkləyirlər.
“Yelləncək ştatlar” seçkinin nəticəsinə təsir edəcək...
Hər iki namizədin qalib gəlmək şansının fərqləndiyi ştatlar isə cəmisi barmaq sayı qədərdir - seçkinin taleyi də çox vaxt bu “yelləncək” ştatlarda həll olunur. Hazırda bu kimi “yelləncək” yeddi ştatda hər iki namizədin nəticələri bir-birinə çox yaxındır və bu yarışda həqiqətən kimin lider olduğunu müəyyən etmək çətinləşib. Məsələn, Pensilvaniya, Miçiqan və Viskonsin vaxtilə Demokratların “qalaları” sayılsa da, 2016-cı il prezident seçkilərində Trampa səs vermişdilər. Bayden 2020-ci ildə bu ştatlarda qalib gəlsə də, eyni uğurun Harris tərəfindən təkrarlama ehtimalı çox azdır. 4 ştatda - Nevada, Pensilvaniya, Miçiqan və Viskonsində şanslar bir-birinə çox yaxındır. Aparıcı ştatlardan Şimali Karolina, Corciya və Arizonada isə keçmiş prezidentin üstünlüyü açıqdır.
Harris daha çox “xərcləyir”...
Bu arada məlum olub ki, Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçkiqabağı kampaniyasına respublikaçı rəqibi Donald Trampa nisbətən gündə 5 milyon dollar çox vəsait xərcləyir. Bloomberg agentliyinin məlumatına görə, Harris seçkiqabağı kampaniyaya avqust ayında gündə orta hesabla 7,5 milyon dollar, Tramp isə 2,6 milyon dollar sərf edib.
ABŞ Federal Seçki Komissiyası Kamala Harrisin seçki yarışına sentyabr ayında 404 milyon dollarla, Donald Trampın isə 295 milyon dollarla daxil olduqlarını bildirib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxİdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48

