Ağ Evin növbəti məxfi Ukrayna planı
28.11.2024 [08:54]
Bayden gizli şəkildə Konqresdən Kiyev üçün əlavə 24 milyard dollar vəsait istəyib
Artıq 1010-cu gününə yaxınlaşan Rusiya-Ukrayna müharibəsi iki ölkə arasında qarşıdurma səviyyəsindən çıxaraq çoxtərəfli müharibə səciyyəsi alıb. Sahədə iki qonşu ölkə üz-üzə gəlsə də, kollektiv Qərbi təmsil edən ayrı-ayrı dövlətlərin də müharibədə bu və ya digər formada iştirakı ortadadır. Müharibə tərəfi olan Ukraynanı dəstəkləyən ölkələr sırasında ABŞ xüsusi fəallığı ilə seçilir.
Konqresə ünvanlanan gizli sorğu
Bu günlərdə Ağ Evdə prezidentlik dönəmini başa vurmağa hazırlaşan C.Baydenin Ukrayna müharibəsi ilə bağlı növbəti məxfi planı üzə çıxıb. Belə ki, o, gizli şəkildə Konqresdən Kiyev üçün əlavə 24 milyard dollar vəsait istəyib, məsələyə dekabrda baxıla bilər.
Baydenin gizli planını “Politiko” nəşri faş edib. Nəşr bu barədə əldə etdiyi sənədə istinadən məlumat yayıb. “ABŞ prezidenti Bayden Konqresə Ukraynaya yardım üçün əlavə 24 milyard dollar ayrılması və artıq Kiyevə təhvil verilən silahların müqabilində Amerika ordusunun silah ehtiyatlarının artırılması üçün gizli sorğu göndərib. Konqres müraciəti bazar ertəsi qəbul edib. Müraciətə görə, Bayden administrasiyası Amerika ehtiyatlarını artırmaq üçün 16 milyard dollar ayırmağı və daha 8 milyard dolların Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü proqramı vasitəsilə təsdiq edilməsini təklif edib”, - deyə nəşr bildirib.
Qeyd edək ki, bundan əvvəl də prezident Baydenin Ukrayna ilə bağlı gizli planı aşkarlanmışdı. Söhbət Ağ Evin Ukrayna münaqişəsi ilə bağlı strategiyasına dair Konqresə təqdim olunan məxfi hesabatından gedir. Həmin hesabatla bağlı məlumatları “Reuters” öz mənbələrinə istinadən yaymışdı. Hesabat sentyabr ayının 9-da Konqresə çatıb. “Reuters”in məlumatına görə, münaqişənin başlanmasından keçən iki il yarım ərzində Konqres Ukraynaya və müttəfiq ölkələrə müxtəlif yardımlar üçün demək olar ki, 175 milyard dolların ayrılmasını təsdiqləyib.
Ağ Ev niyə məxfiliyə üstünlük verir?
Ağ Evin Ukrayna münaqişəsi ilə bağlı strategiyasına dair hesabatının və Baydenin Konqresə son müraciətinin ictimaiyyətdən gizli saxlanılması suallar yaradır. Ağ Ev niyə məxfiliyə üstünlük verir? Analitiklər Bayden administrasiyasının ehtiyatlı davranmasının əsas səbəbinin cəmiyyətin məlum məsələyə mənfi münasibət bəsləməsi ilə bağlı olduğunu bildirirlər. Bu gün ABŞ-də bir sıra sahələrdə problemlər yaşanır. O cümlədən inflyasiya artıb, istehlak mallarının qiymətləri kifayət qədər yüksəkdir. İqtisadiyyatda yaranan çətinliklər, miqrantların ölkəyə nəzarətsiz axını, yüksək vergilər, izafi xərclərin getdikcə artması ölkə vətəndaşlarının yaşayışına mənfi təsir göstərir. Xarici borcun pik həddə yüksəlməsi ölkəni defolt təhlükəsi ilə üz-üzə qoyub. Belə bir şəraitdə Bayden administrasiyasının Ukraynaya səxavətlə pul ayırması, dəyəri milyardlarla ölçülən hərbi texnika göndərməsi, büdcə kəsirinin aradan qaldırılması məqsədilə rəsmi Kiyevə dəstək verməsi ABŞ daxilində ciddi narazılıqlar yaradır. İnsanlar sual edirlər: Vəsaitlər nə üçün milli ehtiyacların qarşılanmasına deyil, xarici ölkələrə yönəldilir?
Həmçinin ABŞ-nin dünyada getdikcə daha çox dərəcədə “müharibə dövləti” kimi tanınması sıravi vətəndaşlarda ciddi narahatlıq doğurur. Ölkənin “demokratiya rəmzi” imicinin “müharibə dövləti” imici ilə əvəzlənməsi nəhəng dövlətləri ilə qürur duyan insanlarda kədərli təəssüratlar oyadır. İnsanların qənaəti belədir ki, ayrılan vəsaitlər bəzi regionlarda müharibələrin uzanmasına, digər regionlarda isə yeni müharibə ocaqlarının alovlanmasına səbəb olur və bu, bəşəriyyətin gələcəyini təhlükə altında qoyur. ABŞ dünya tarixində belə bədheybət rol almaqdan çəkinməlidir.
Bayden administrasiyasının öz xələfinə pis mirası
Bütövlükdə, Bayden administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı atdığı son addımlar birmənalı qarşılanmır. Məlumdur ki, bir neçə gün bundan əvvəl Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib. Bunun ardınca bəzi Avropa ölkələri də oxşar addımlar atdılar.
ABŞ son vaxtlaradək Ukraynaya güclü dəstək versə də, ehtiyatlı davranırdı və Rusiya ilə açıq konfrontasiyaya girməkdən çəkinirdi. Uzaqmənzilli ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə icazə verilməsi isə Rusiya-Ukrayna müharibəsində artıq keyfiyyətcə yeni bir mərhələdir. Bu qərar müharibənin uzanmasına, genişlənməsinə və daha ağır fəsadlarla nəticələnməsinə yol açır. Artıq Ukrayna bəhs olunan silahlardan istifadə edib. Nəticə isə üzücüdür. Rusiyanın ərazisinin ATACMS raketləri ilə atəşə tutulmasına cavabı sərt olub. Belə ki, Rusiyadan atılan “Oreşnik” ballistik raketi ilə Ukraynanın Dnepropetrovsk şəhərindəki Yujmaş zavodu vurulub. Ortamənzilli ballistik raketlərin zərbələri dəqiq olub. Kadrlarda döyüş başlıqlarından çıxan alovlu izlərin yüksək sürətlə şaquli olaraq aşağı düşdüyü izlənilir. Rusiyanın raket ehtiyatları kifayət qədər çoxdur. Beləliklə, müharibənin orta və uzaqmənzilli raketlərlə hədəflərin vurulması kimi təhlükəli mərhələsi başlayıb. Belə çıxır ki, Bayden administrasiyası müharibənin miqyasını genişləndirməklə xələfi Tramp üçün pis miras qoyur.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49

