Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Beynəlxalq ekspertlər Aktauda aviasiya hadisəsini araşdırmağa başlayıblar

Beynəlxalq ekspertlər Aktauda aviasiya hadisəsini araşdırmağa başlayıblar

29.12.2024 [20:54]

Aktau yaxınlığında baş vermiş aviasiya hadisəsini araşdıran komissiya 17 beynəlxalq ekspertin iştirakı ilə iclas keçirib.

AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komissiya tərəfindən iş planı müəyyən edilib. Belə ki, komissiya tam tərkibdə hadisə yerinə baş çəkəcək, hava gəmisinin elementlərinin toplanması üçün anqarı nəzərdən keçirəcək və hava gəmisinin elementlərinin toplanmasına başlanılması tarixi ilə bağlı birgə qərar qəbul edəcək.

Komissiyanın işinin məqsədi aviasiya hadisəsinin səbəblərini müəyyənləşdirmək və gələcəkdə bu cür halların qarşısının alınması üçün tövsiyələr hazırlamaqdır.

Qeyd edək ki, aviasiya hadisəsini araşdıran komissiyaya Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir.

Paylaş:
Baxılıb: 322 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Sosial

Sosial

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Yanvar 08:30  

YAP xəbərləri

Müstəqillik uğrunda

16 Yanvar 21:40

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31