ABŞ və Rusiya heyətləri diplomatik fəaliyyətlərin müzakirəsi üçün İstanbulda bir araya gəliblər
27.02.2025 [23:51]
Rəsmi Ankara dünya siyasətində böhranların həllində əsas vasitəçi rolunu davam etdirir. İndiyə qədər bir çox mühüm görüşlərə və anlaşmalara ev sahibliyi edən İstanbul bu gün ABŞ və Rusiya arasındakı diplomatik danışıqlarda ön plandadır. Bu məqsədlə ABŞ və Rusiyadan yüksəksəviyyəli diplomatlar İstanbuldakı ABŞ konsulluğunda görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında Rusiya-Ukrayna müharibəsinin başlanğıcında qarşılıqlı şəkildə dayandırılan diplomatik fəaliyyətlərin bərpası müzakirə edilir.
Türkiyənin Xarici İşlər Nazirliyi görüşlə bağlı açıqlama yayıb. Bildirilib ki, gələcək danışıqlara ev sahibliyi də daxil olmaqla, Türkiyə sülh səylərinə hər cür dəstək verməyə hazırdır.
Xatırladaq ki, bu istiqamətdə iki ölkənin nümayəndə heyətləri arasındakı ilk görüş fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub. Görüşdə ikitərəfli münasibətlər və Rusiya ilə Ukrayna arasında davam edən müharibənin dayandırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Türkiyə Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün səylərini davam etdirir. Müharibə başlayandan sonra Ukrayna və Rusiya xarici işlər nazirləri ilk dəfə eyni masa ətrafında 2022-ci ilin martında Antalyada keçirilən diplomatik görüşlərdə bir araya gəliblər. Həmin ilin iyul ayında tərəflər İstanbulda görüşərək Taxıl Dəhlizi Sazişini imzalayıblar. Bu saziş çərçivəsində taxıl daşımalarının Qara dəniz üzərindən təhlükəsiz şəkildə həyata keçirilməsi təmin edilib və qlobal ərzaq təchizatına mühüm töhfə verilib.
Türkiyə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində də kritik rol oynayan ölkədir. 2022-ci ilin sentyabr ayında aparılan danışıqlar nəticəsində 215 ukraynalı və 55 rus əsir qarşılıqlı təhvil verilib.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55

