Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib

Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib

17.04.2025 [19:53]

Moldova parlamenti qanunverici orqana seçkiləri sentyabrın 28-nə təyin edib.

AZƏRTAC xəbər verir ki, müvafiq qərar hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatlarının səsləri ilə qəbul olunub.

“Parlament seçkilərinin vaxtının təyin edilməsi haqqında qərar layihəsi 57 səslə təsdiq edilib”, - deyə qanunverici orqanın sədri İqor Qrosu bildirib.

Müxalif kommunistlər və sosialistlər bloku parlament seçkilərinin iyulun sonunda keçirilməsini təklif etsələr də, onların təşəbbüsü dəstəklənməyib.

Qeyd edək ki, parlament respublikası olan Moldovada Baş nazirin namizədliyi və hökumətin tərkibi qanunvericilər tərəfindən təsdiqlənir. Seçkilər vahid seçki dairəsi üzrə keçirilir.

Hazırda qərbyönlü hakim partiya qanunverici orqandakı 101 yerdən 61-nə nəzarət edir. Onu 29 deputatdan ibarət müxalif kommunistlər və sosialistlər bloku izləyir. Moldova hakimiyyətinin qeyri-qanuni saydığı və ləğv etdiyi “Şor” partiyasının yeddi deputatı isə müxalifətin “Qələbə” blokunu dəstəkləyir.

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

MEDİA

Sosial

Analitik

Diqqət İstanbula!!!

17 May 09:57  

Ədəbiyyat

Şənbə üçün nəzm

17 May 08:53  

Sosial

“Lal qatil”

17 May 08:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31