Media: “ChatGPT”nin uğuru sayəsində “OpenAI”nin illik gəliri 10 milyard dollara çatıb
10.06.2025 [22:46]
“OpenAI” şirkətinin illik daimi gəlirinin həcmi ilk dəfə olaraq 10 milyard dolları keçib.
AZƏRTAC CNBC telekanalına istinadla xəbər verir ki, bu nəticə 2022-ci ilin noyabrında “ChatGPT”nin istifadəyə verilməsindən cəmi üç ilə yaxın müddətdə əldə olunub və süni intellekt əsaslı məhsullara tələbatın sürətlə artdığını təsdiqləyir.
Gəlirə “ChatGPT”nin istehlakçılar üçün olan versiyası, korporativ “ChatGPT” və API-dən əldə olunan vəsait daxildir. Buraya “Microsoft” şirkətindən alınan lisenziya haqları və digər qeyri-daimi razılaşmalar daxil deyil. Ötən il eyni göstərici 5,5 milyard dollar təşkil etmişdi ki, bu da təxminən ikiqat artımı göstərir.
Buna baxmayaraq, “OpenAI” hələ də zərər edən şirkətdir. Ötən il onun itkiləri 5 milyard dollara çatıb. Buna rəğmən, süni intellekt sahəsində nəhəng oyunçu sayılan şirkət 2029-cu ilə qədər illik gəlirini 125 milyard dollara çatdırmağı planlaşdırır. Bu planlarla tanış mənbə bildirib ki, belə ümidlər iri investorların davamlı marağını təsdiqləyir.
Cari ilin mart ayında “OpenAI” özəl texnologiya sahəsi üçün rekord hesab edilən 40 milyard dollarlıq maliyyələşdirmə mərhələsini başa çatdırıb. Hazırkı gəlir səviyyəsinə əsasən, şirkətin dəyəri illik gəlirin təxminən 30 misli qədər qiymətləndirilir ki, bu da biznesin böyük miqyasda genişlənməsi ilə bağlı gözləntiləri əks etdirir.
Bundan əlavə, may ayında “OpenAI” məşhur dizayner Conatan Ayv tərəfindən qurulmuş “io” startapı ilə birləşdiyini elan edib. Bu, şirkətin tarixində ən iri satınalma olub və ona 6,5 milyard dollara başa gəlib.
“OpenAI”-ni “Microsoft”, “SoftBank”, “Thrive” və “Altimeter” kimi böyük investorlar dəstəkləyir. Mart ayının sonuna olan məlumata görə, “ChatGPT”nin həftəlik aktiv istifadəçilərinin sayı 500 milyona çatıb, korporativ abunəçilərin sayı isə cəmi iki ay ərzində 2 milyondan 3 milyona yüksəlib.
Ekspertlər qeyd edirlər ki, şirkət pullu məhsullar çeşidini fəal şəkildə genişləndirir və “Google” da daxil olmaqla digər süni intellekti inkişaf etdirənlərlə rəqabəti gücləndirir. Bu addımlar “OpenAI”nin korporativ proqram təminatı və inkişafçılar üçün alətlər bazarında mövqeyini möhkəmləndirməyə yönəlib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46

