Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: NATO-da onlarla vəzifənin ixtisarı planlaşdırılır

Media: NATO-da onlarla vəzifənin ixtisarı planlaşdırılır

19.06.2025 [21:24]

NATO-nun Baş katibi Mark Rütte alyansdakı iki bölmənin ləğvini və onlarla vəzifənin ixtisarını planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə alyansdakı mənbələrinə istinadla məlumat yayıb.

Mark Rütte son zamanlar keçirdiyi daxili iclaslarda NATO-da struktur islahatlarının aparılacağını, o cümlədən alyansın iki beynəlxalq bölməsinin - mətbuat xidməti kimi fəaliyyət göstərən ictimai diplomatiya və kadrlar şöbələrinin ixtisar olunacağını bəyan edib. Onların funksiyaları digər şöbələr arasında bölüşdürüləcək, rəhbərliyi isə vəzifədən azad olunacaq. Nəşrin yazdığına görə, ilk olaraq qısamüddətli (altı aylıq) müqavilə ilə işləyən gənc “müvəqqəti” işçilər ixtisara məruz qalacaq.

Qeyd edək ki, mənzil-qərargahı Brüsseldə yerləşən Şimali Atlantika Alyansında 4 minədək işçi çalışır.

Paylaş:
Baxılıb: 430 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31